Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu dinlərin hamısı, bu allahu-əkbərlər, bu gurultulu canlar, gücsüzlərin iniltiləri, fəryadlarını örtmək, boğmaq, susdurmaq üçündür. Məndən başqa mənim xaricimdə özgə bir allah yoxdur. Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı! Mənəm allah, allah mənim özümdədir. Qadınları cansız şeylərə çevirən, insan alverini doğruldan məhəmmədlərə, gücsüzlərin taleyini güclülərin mərhəmətinə tapşıran isalara, yüz iyirmi dörd min allah tacirinə mən inanmıram.Hər gün yeni bir istək ,yeni bir dilək doğuran həyatda əbədi bir qanuna boyun əymək, insanl bu gün istəyindən sabah usanırkən onu daimi andlarla hərəkətlərə tapındırmaq danılmaz bir haqsızlıqdır. Bu yolda törətdikləri saysız viruslara, qırğınlara, ölümlərə haqq qazandırmaq üçün özləri inanmadıqları müxtəlif dinlər, qanunlar, allahlar uydururlar. Cəfər Cabbarlı - Od gəlini
··
215 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.