Gönderi

-Yaşamaq üçün daha nə qədər vaxtımız qalib? - Birdən Elana soruşdu. -Ayıq sayıq olsaq, bir il, bəlkə də il yarım. -Bəs olmasaq? -Bircə yay. -Gəl olmayaq. -Yay elə qısadır ki. -Belə de. Yay qısadır. Yay qısadır və həyatda qısadır. Bəs onu qısa edən nədir? Onun qısa oldugunu bilməyimiz? Məgər səfil pişiklər həyatın qısa olduğunu bilir? Bəs quşlar necə? Kəpənək? Onlar elə bilirlər ki, həyat əbədidir. Heç kim onlara bunu deməyib. Bəs bizə niyə deyiblər? -Bu sualın cavabi çoxdur. -Heç olmasa birini de. -Onlardan biri - həyat əbədi olsaydı, dözülməz olardi. -Fikirləşirsən ki, o cansıxıcı olardı? Düz deyil. Başqa birini de. -Həyatda bədbəxtlik xoşbəxtlikdən daha çoxdur. Onun əbədi olmaması sadəcə mərhəmətdir. -Bütün bunlar yalandir. Bütün bunları ona görə deyirik ki, həyatın əbədi olmadıgını bilirik. Və heçnəyi tutub saxlaya bilmirik. Bunda heç bir mərhəmət yoxdur. Onu özümüz uydurmuşuq. Uydurmuşuq ki, ümid edək. -Yenədə buna inanmırıqmı? -Mən inanmıram. -Ümidə də? -Heç nəyə.
·
16 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.