Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

160 syf.
9/10 puan verdi
"Mövzusu" II Şah Abbasın hakimiyyəti dövründən bəhs edir.Əsas hadisələr Mirzə Iman və Qulam Barsoğlunun ətrafında baş verir. Vəzir Mirzə Imana Şahın göndərdiyi səfarət heyəti ilə gedib dilmanclıq edəcəyini bildirir.Heyətdə Qulam Barsogluda vardir.Şahın elçiləri Istanbula gəlib çatırlar,Mirzə Iman Qalatada kitab mağazalarında latin dilində kitablar axtarır amma tapa bilmir.Istədiyi kitabları ancaq Selanikdə tapa biləcəyini deyirlər.Beleliklə Mirzə gizlincə gəmiçi ilə danışıb Selanikə getmək istiyir.Barsoğluda Imanla birgə getmək məcburiyyətində qalır.Gəmimizin adı Terreo gəmisidi.Gəmi dənizdə düşmən qüvvələrinin təqibinə məcbur qaldığı üçün başqa yönə gedir.Barsoglu buna qarşı çıxdığı üçün əl-qollarını zəncirləyib gəminin aşağı qatında saxlayırlar.Səhəri gün kapitanın sevimli pişiyi olan Basteti yoxa çıxır.Pişik dənizçilər üçün müqəddəs sayıldığı üçün narahat olurlar.Pişiyin itməsi ilə bəla və uğursuzluqlar baş verəcəyinə inanırlar.Qorxuya düşən kapitan Ziri adlı dənizçini qapısına keşikçi qoyur.Səhəri gün dənizçilər Zirinin öldürüldüyünü görürlər və hay-küy baş verir. Zirinin üzərinə xaç işarəsi çəkilib. Müsəlmanlar və Xrsitanların arasını vurmaqdan ötrü kapitanin etdiyini iddia edirlər.Barsoğlu burdan canlarını qurtarmaq üçün kapitanin yanina gedir və 2 günə qatili tapacağını bildirir,tapa bilməsə isə qul kimi satılmalarına razi olacağını qeyd edir.Beləliklə Barsoğlu və Mirzə Iman cinayəti araşdırmağa başlayırlar. "Qırmız qar" tarixi-detektiv romanının davamı olan Terreo gəmisinin sirri romanını da çox bəyəndim. .Kitab olduqca axıcı dillə yazılıb.Tarixi məlumatlarla yanaşı maraqlı hekayələrdən,əfsanələrdəndə danışılıb.Yazar uğurlar diləyirəm və yeni kitablarını oxumaq üçün səbirsizliklə gözləyəcəm
Terreo Gəmisinin Sirri
Terreo Gəmisinin SirriAnar Ismayıl · Qanun Nəşriyyatı · 201913 okunma
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.