·146 syf.··Beğendi
···Okunma: 05 Aralık 2019 13:19 Əsərin əvvəlində baş qəhrəman qeyri-adi biri.. Bizdən biri olan, amma bir qədər bizdən fərqləniri.. Bu, 8 yaşlı ayaqları inkişafdan qalmış Sara Millerdir. 8illik həyatını evində, ailəsinin əhatəsində keçirən bir qızcığaz indi məktəbə gedəcək, fərqli mühitdə fərqli isanlarla qarşılaşacaqdı.
İlk gün, balaca Sara o qədər sıxılmışdı ki, tez evə getmək üçün sanki vaxtı iplə çəkirdi. Dərs deyən müəlliminin də bu qüsurlu şagirdinə fikri o qədər də xoş deyildi. Və qızcığaz bunu çox gözəl bilirdi. Hətta bəzi məktəb uşaqlaeı onun məktəbə çox tab gətirə bilməyəcəyini və tezliklə məktəbi tərk edəcəyini düşünürdülər. Amma Saranı sevənlər də az deyildi. Ailəsi, nənə-babası, ona növbə ilə yardımçı olan məktəb yoldaşları. Bu dostlar arasında Lili və Con demək olar ki, mükəmməl bir dost idilər. Əgər bir qüsurlu birinə bu qədər güvənə, ondan utanmayaraq onunla zaman keçirə bilirlərsə demək onlara yaxşı dost demək olar. =)
Sara.. Əsərin qəhrəmanı. Güclü və ağıllı bir sima.. Sarı hörüklü, gülərüzlü bir qız. Bəzən çoxunun edə bilməyəcəyi işləri cəsarətlə edən 8 yaşlı bir uşaq. Bu dediklərimi bir yerə cəm edəndə insan mükəmməl birini təsvir edir. Doğurdan da, bu belədir. Sara ətrafındakı insanların onu necə gördüklərini çox yaxşı anlayır. Görür, duyur.. Amma bununla bağlı heçkəsə kin bəsləmir. Hərkəsi bağışlaya bilən bir qızcığaz, onlara həyat dərsi keçir.
Onu sevməyənlərdən biri də qonşusunun qızı Marta idi. Sara bunu bilərək onunla xoş davranır, amma Marta onu incitmək üçün əlindən gələni əsirgəmir. Onu utandıracaq sözlər, kobud davranışlar..
Bunlar Saranı daha da möhkəmləşdirir. Yuxuları onun mükəmməl məkanı olur zamanla. Yuxuda uçduğunu xəyal edən birini düşünün, insana ilkdə gülünc gəlir eləmi? Amma bu zamanla aydınlaşır. Saranın uçmağı hərkəsin düşünə biləcəyi bir bəsit uçuş olmur. O, özünün idarə edə biləcəyi bir təkərləkli arabada külək sürəti ilə hərəkət edərək uçaqdan bəhs edir. İlk əvvəl yuxularından heçkəsə danışmayan qızcığaz, bu fikri reallaşdırmaq üçün dülgər olan babası ilə bölüşür. Hansı baba ki, nəvəsini hər zaman sevmiş və onu qüsursuz görənlərdən olmuşdur.
Babası ilə çertyojlar çəkən Sara, bu zaman ərzində dülgərliyi də öyrənir.
Bir gün babasını itirən Sara, öz planı ilə tək qalır. Köməksiz olduğunu sananda David həyatına girir. Dəmirçi olan Davidə babası Saranın planından danışmış və Saraya bundan sonra yardımçı olan David olur.
Məktəb layihəsinə öz təkərləkli arabasını hazırlayan qızcığaz artıq babasına Davidə görə təşəkkür edir.
Onlar, Saranın çəkdiyi çertyoj əsasında arabanı düzəldirlər. Bu müddət ərzində Sara Miss Börkə onun da bir insan olduğunu anlatmağa çalışır. Amma anlayır ki, o dadın bəlkə yalnız bu arabadan sonra Saranı da bir insan kimi görəcək, çünki ayağı olmayan birinin, ağlı da olmaz deyə bir qanun yoxdu.
Həmin gün yetişir.. İlk valideynlərinə bunu göstərən Sara, onların sevincinə səbəb olur. Bundan sonra Davidlə məktəbə gedən Saranı, hərkəs alqışla qarşılayır, hətta Miss Börk də! O belə anlayır ki, insanın düşüncəsi əngəlli deyilsə, o, həyatda çox şeyə nail ola bilər.
O gündən etibarən, artıq, Sara sərbəst biri idi. İndi o, sadəcə təkərləkli arabasından asılı idi..
Və Amiş qəsəbəsinin balaca qızcığazı ən gənc biznesmenə çevrilir.
Təkərləkli arabanın yaradıcısından danışırdıq sizə. Bəli, bu gerçək bir həyat hekayəsi idi.
A, bir ayrıntını unutduq.. Axı Sara məktəbi bitirdikdən sonra, Davidlə ailə də qurmuşdu. Və bununla bağlı o qəsəbənin girişində yazılmışdı..
“Yuxuların çin olduğu yer”