Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

293 syf.
9/10 puan verdi
"İsmayıl"ı 2 il əvvəl oxuyub, Kitabsevər dostlarla müzakirə etmişdik. Ancaq yaratdığı təsir o qədər güclü və sarsıdıcı olmuşdu ki, yenidən oxuma ehtiyacı duydum və oxudum. İlk dəfə oxuyurmuş kimi zövq aldım və düşündüm... Qısa da olsa, düşüncələrimi paylaşmaq istədim. Oxuduğum ən fərqli əsərlərdən biri idi deyə bilərəm. Əsərin qəhrəmanı bir gün qəzetdə elan oxuyur: "MÜƏLLİM şagird axtarır. Dünyanı xilas etmək üçün səmimi istək tələb olunur. Şəxsən müraciət edin". Bu elan müəllim və şagirdin yolunu kəsişdirir. Əsərimizin bir digər qəhrəmanı isə müəllim İsmayıldır. O, bir qorildir. Qəribə səslənsə də, bu, doğrudur. Yolları kəsişən bu iki canlı arasında dialoq başlayır. İnsanın əsrlərdən bəri sürən dağıdıcı gücü, təbiəti istilası, əcdadlarının yaratdığı mədəniyyəti vəhşicəsinə məhv etməsi, müharibələr, genosidlər, qətliamlar, acı nəticələri, irqlər, dinlər, təbəqələşmə və s. global problərə diqqət çəkməyə çalışan yazıçı insanları çətin sual qarşısında qoyur: " Əgər qoril yoxa çıxsa, insan üçün ümid varmı?!".. Bütün bunları bir qorilin - müəllimin dilindən eşitmək insanı həqiqətən sarsıdır. Acı həqiqətlərin üzünə çarpması necə də ağrılıdır. İnsanın real xislətinə güzgü tutan, dönə dönə oxunmalı və üzərinə düşünməli möhtəşəm əsərlərdəndi. Əsərdən öyrənməli, dərs çıxarmalı çox şey var. Ən önəmlisi isə yaşadığımız planetin - Dünyanın dəyərini bilərək, təbiətin bizə bəxş elədiyi gözəllikləri israf etmədən istifadə etməkliyik! Dünyamızı, - "evimizi" qorumalıyıq! Sadəcə özümüzçün deyil, bütün canlılar üçün... Son olaraq qeyd eləyim ki, əsərin motivləri əsasında rejissor Jon Turteltaub 1999.cu ildə İnstinct filmini çəkib. Qısaca, OXUYAQ və DÜŞÜNƏK!..
İsmail
İsmailDaniel Quinn · Maya Kitap · 2016538 okunma
··
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.