Gönderi

"Mənim balaca dostum, Qreldriq, siz öz vətəniniz barədə heyranedici bir tərif söylədiniz. Siz aydın bir surətdə sübut etdiniz ki, cəhalət, tənbəllik və cürbəcür nöqsanlar çox zaman qanunvericilər üçün faydalı sifət sayılır, qanunları çox zaman hamıdan yaxşı elə adamlar izah, şərh və təcrübədə tətbiq edir ki, həmin qanunların təhrif edilməsindən, dolaşdırılmasından və onlara əməl edilməməsindən hər kəsdən çox mənfəət güdürlər. Sizin adət və qanunlarda bəzi şeyləri ağıllı və faydalı hesab etmək olardı, ancaq bütün bunlar sonradan insanı qəzəbləndirən izahlar və uydurmalarla o qədər təhrif edilmiş, murdarlanmış və kirlənmişdir ki, bu yaxşı cəhətlərdən, demək olar ki, heç bir iz qalmamışdır. Bütün söylədiklərimizdən belə məlum olur ki, sizin ölkənizdə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olmağı lazım deyil".
Sayfa 137Kitabı okudu
·
11 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.