Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

348 syf.
10/10 puan verdi
Reha Çamuroğlunun "Ismayıl" adlı tarixi romanını oxudum. Kitabın mövzusu Kitab Ərdəbil şeyxliyinin yaranmasından başlayaraq Şah Ismayil Xətainin vəfatından bəhs edir.Əvvəlcə hər birinizin azda olsa tanıdığı Şeyx Cüneyddən,daha sonra Şeyx Heydərdən onların Şirvanşahlarla,Qaraqoyunlularla və Ağqoyunlularla mübarizəsindən danışılır.Daha sonra Heydərin dayısı olan Uzun Həsənin qızı ilə evlənməsi,bu evlilikdən 3 oğlunun olması qələmə alınıb.Ismayıl Heydərin ortancıl oğlu olur,anasının üzünü 12-14 yaşına kimi görmür (çünki Ismayıl düşmənlərdən gizlədilir)Və Ismayıl böyüyür Şirvanşahlar,Ağqoyunlular,Şeybanilər dövlətini məğlubiyyətə uğradır.Şah Ismayılı çox vaxt Çaldıran döyüşü ilə tanıyırlar(Kitabda döyüş səhnəsi açıq-aşkar təsvir edilməsini çox bəyəndim).Bu bizim hər bizimizin bildiyi tarixi faktlardı.Bəs bilmədiyim nələri öyrəndim onları qeyd edəcəyəm 1.Ismayıl uşaq yaşından Nəsiminin şeirləri ilə böyüyübmüş (şairliyinin mənbəyi) 2.Uşaq yaşından bir adəti varmış:harda olursa olsun qaldığı yeri səhər tezdən dolaşmaq,gəzmək. 3.Atası Heydərin kəlləsinin 13 il saxlanılıb sonunda Ismayıla verilməsi (Ismayılın kəlləni günlərlə qucaqlayıb yatması) 4.Ismayılın atasının qatillərini (soyunu) kütləvi şəkildə edam etməsinə anasi Aləmşah bəyiminin qarşı çıxması. 5.Bu qarşı çıxmağın nəticəsində Şah Ismayıl Xətainin anası Aləmşah bəyimin ölüm hökmünü verdirib öldürtməsi. 6.Ismayılın iki dəfə evlənməsi:Evli olduğu iki qadının adı da Taclı bəyim (xanım) olması (biri dayısı qızı olur). 7.Çaldıran döyüşündə Tacli xanımın əsir düşməsi.Sultan Səlim Ismayilın arvadını satması ilə Ismayılın əlini-ayağını hər şeydən çəkməsi bir olur.(Çaldıran döyüşündən ağır gəlir.) 8. Ismayılın daha çox əsir düşən həyat yoldaşını sevməsi ( məncə şeirlərinin çoxunuda ona yazır) 9.Xətainin şeir vaxtı da bu hadisədən sonra başlayır. 10.Son şeirini əziz adami olan Nəcmə oxuyub gözlərini əbədi yummasi. Bir sözlə,kitabi hədsiz çox bəyəndim (tarixi romanlari sevməmək olar heç?)Xüsusi ilə Ismayılın hakimiyyəti dövrünü,uşaqlıqda yanında böyüdüyü Nəcmlə söhbətləri kitaba ayrı hava qatıb.
İsmail
İsmailReha Çamuroğlu · Everest Yayınları · 2012390 okunma
·
91 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.