Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

300 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu aralar psixoloji yönümlü kitablara meyl salmışam və deyim ki bu cür kitablardan da çox şey öyrənirəm. Bu istiqamətdə oxuduğum növbəti kitab, Nihan Kayanın "İyi Aile Yoktur" adlı kitabı oldu. Nihan Kaya həm bədii, həm də qeyri-bədii kitablar müəllifidir. Hər iki istiqamətdə yazdığı kitablar sevilir. Bu mənim onun qələmindən oxuduğum ilk kitab oldu. Kitabın adı və yazıçının fikirləri bir çox oxucu tərəfindən önyarqı ilə qarşılansa da mənim fikrimcə tam reallığı əks etdirir. Ailə, uşağın ailədəki yeri, ona qarşı münasibət, uşaqlıq travmaları, şəxsiyyət kimi formalaşmağımızda valideynlərimizin bizə qarşı davranışlarının təsiri və başqa bir çox vacib məsələ haqqında Nihan Kaya çox dəqiq, bir çoxları tərəfindən sərt hesab olunsa da yerində tədbirlər təqdim edir. Nihan Kaya deyir ki, yaxşı ailə yoxdur ya da bu fikri qəbul etdikdən sonra yaxşı ailə olmaq mümkündür. İdeal ailə, ideal valideyn isə ümumiyyətlə yoxdur. Uşağa ən ağır travmaları yaşadan da valideynlərdir, xüsusilə də analar. Ənənəvi fikrin əksinə, qeydsiz-şərtsiz, təmənnasız sevən valideynlər yox uşaqlardır. Çünki, istənilən valideyn (barmaqla sayılacaq istisnalar xaric) uşağından itaətkarklıq tələb edir. Bunu da bir çox hallarda "böyüyə hörmət" adı altında edirlər. Halbuki hörmət yaşa görə edilməli bir şey deyil, hər bir fərdə, insana hörmət etmək lazımdır. Qaldı ki, böyüklərdən çox uşaqların hörmətə ehtiyacı var. Bu onların özgüvən qazanmasında, şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Demək olar ki, bütün valideynlər xüsusilə də analar öz uşaqlıq travmalarının acığını bu və ya digər şəkildə uşaqlardan çıxırlar. Çünki buna səbəb olan öz valideyenlərinə qarşı çıxmaq, onlara haqsız olduqlarını deməyi ağıllarından belə keçirmirlər. Axı cəmiyyətin daima müdafiə etdiyi bir fikir var "böyüklər həmişə düz deyir, nə edirsə bizim xeyrimizə edirlər." və ya "böyüyün üzünə ağ olmaq tərbiyəsizlikdir, nankorluqdur". Hətta bu valideynlər nəinki bunu dilə gətirir, özlərinə belə etiraf etmək istəmirlər. Buna görə də bütün acıqları köməksiz və məsum körpələrə yönəlir.
İyi Aile Yoktur
İyi Aile YokturNihan Kaya · İthaki Yayınları · 20186,1bin okunma
·1 alıntı·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.