Gönderi

152 syf.
8/10 puan verdi
Yenə bir Voyniç dramı yaşadım... Yenə onu özümə bu qədər yaxın hiss elədim. Bununla da Voyniç seriyasının oxunmasını tamamlamış oldum. Bildiyim qədərilə Etel Lilyen Voyniç bütün həyatı boyu cəmi 5 roman yazıb - "Ovod", " Cek Raymond", "Qırılmış dostluq", "Ayaqqabılarını çıxar" və "Oliviya Letam"... Qısaca əsər haqqında onu deyim ki, Voyniçin bütün romanlarının ana motivi insan və onun həyatının bir bölümündə yaşadığı dəhşətli psixoloji sarsıntı və bunun onun sonrakı həyatında qoyduğu izlər, onun düşüncələrinə göstərdiyi təsirdir. Həmçinin, romanlarında təsvir etdiyi sarsıntılar onun özünün həyatının müxtəlif dövrlərində yaşadığı sarsıntılardır. "Cek Raymond" romanında da bu əsas xətdir. Lakin burdakı qəhrəmalar yaşca kiçikdir. Ata və analarını itirmiş Cek və Molli Raymond bacı - qardaşları əmilərinin himayələrinə sığınırlar. Sərt və qatı dindar xarakterli Cozaya Raymond üsyankar ruhlu və həddən artıq qürurlu olan Ceki öz tərbiyə üsulu ilə ram eləyə bilmir. Seçdiyi yol o qədər sərt cəzalarla doludur ki, nəticə etibarilə bütün iplərin qırılmasına və Cekin uşaq ruhunda sağalmaz yaraların açılmasına səbəb olur. Ətrafdakılar Cekin gələcəyinə ümidlə baxmazkən, onu cani və quldurların əhatəsində görərkən, onun içindəki sevgi və gözəlliklərə qarşı bu qədər kor ikən, xoşbəxt bir təsadüf onu əmisinin himayəsindən azad edir. Artıq Cek daha əmin əllərdə və onu həqiqətən sevən, dəyər verən, ona inanan insanların himayəsindədir. Bütün bunlar onun gələcəyinə müsbət məna da təsir göstərir. Hər dəfə Voyniçin yeni əsərini oxuyanda bunu düşünürəm inadla; ya mən birinci həyatımda xanım Voyniç olmuşam, ya da Xanım Voyniç öldükdən illər sonra ruhu mənim bədənimdə yenidən canlanıb. Çünki hisslərini bu qədər dərindən anladığm, duyduğum, mənim hislərimi bu qədər gözəl anlayıb duya bilən nadir qarşılaşdığım yazıçılardandır Voyniç...
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
··
126 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.