Comments and Reviews

See All
152 syf.
8/10 puan verdi
Yenə bir Voyniç dramı yaşadım... Yenə onu özümə bu qədər yaxın hiss elədim. Bununla da Voyniç seriyasının oxunmasını tamamlamış oldum. Bildiyim qədərilə Etel Lilyen Voyniç bütün həyatı boyu cəmi 5 roman yazıb - "Ovod", " Cek Raymond", "Qırılmış dostluq", "Ayaqqabılarını çıxar" və "Oliviya Letam"...
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
Reklam
152 syf.
·
Not rated
·
Read in 25 hours
Onu sevmək çətindir, ancaq ona heyran olmamaq mümkün deyil… Etel Lilian Voyniç’dən oxuduğum ikinci möhtəşəm əsərdi.Birincisi o əsər idi ki, sondakı dialoqları,o məşhur alıntını,sonunu hələ də unuda bilməmişəm.Düşünürdüm ki,bu əsər o qədər təsirli olmaz.Amma Cek Reymondun çətinliklərini,ona verilən əziyyətləri dəhşətlə oxuyanda anladım ki,heç də Ovoddan geri qalmır.Çox axıcı idi,amma həm də çox ağrılı idi. Cek və bacısı Molli atalarını itirəndən sonra əmiləri keşiş Cozaya Reymondun himayəsində qalırlar.Amma nə əmi… Hər bir uşaqlığında,dəcəlliyində bir uşaq bu qədər əzab görməlidirmi?Əslində içində özündən böyük yaxşılığı olan,lakin hamı anası pisdi deyə bu uşaq da onun qanındandır deyən insanlara qürurunu sındırmamaq adına pis insan olmağı seçən Cek Reymond… Əmisinin işgəncə edəndə üzündə yaranan ifadə əslində hər şeyin açarı idi.Amma Cek Reymond ondan qurtula bilirmi?Bütün bunlar bitəcəkdimi? Əsər haqqında çox söz demək olar,amma oxuduğunuzda yaşayacağınız hissləri əsla bu yazılarla çatdıra bilmərəm. “O bütün ömrü boyu ədalət axtaracaq,o isə dünyada mövcud deyil.” “Cek hönkürdü-böyük adam kimi ağır-ağır,səssiz,göz yaşı tökmədən.” “Bu haqsızlıqdır.Niyə məni yaratmısan?Amma heç kimə əmr etməmisən ki,məni sevsin?”
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
152 syf.
·
Not rated
·
Read in 19 days
Jack 'in amcası anksiyete krizleri yaşattı bana. Jack 'in yaşadığı fiziksel şiddet, psikolojik yalnızlık, suçsuz olduğu halde ona inanılmaması, Jack'in psikolojik durumu hepsi güzel yazılmış kitapta. kitabın sonu beni tatmin etmedi ve Yazarın "An İnterrupted Friendship" kitabındakı gibi abi ve kız kardeş olması ve aralarındaki ilişki bana yazarın tekrara düştüğü hissini verdi.
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
152 syf.
·
Not rated
·
Read in 5 days
"Jack Raymond" romanı ismini daha çok ünlü "Ovod" eseri ile tanıdığımız, etkilendiğimiz roman yazarı ve müziği derinden seven Etel Villian Voyniçin ikinci romanıdır. Eseri okuduğumuzda yazarın çocukluk hatıralarının da, hiss etdiği duyguların da sarsıtıcı birleşimini hiss etmemiz mümkündür. Romanın kahramanları hakkında
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
Reklam
152 syf.
·
Not rated
Cek valideynlərini itirdikdən sonra bacısı Molli ilə birlikdə əmisinin himayəsində yaşayır.Cek çox dəcəl,yaramaz,qadağalara fikir verməyən bir uşaq kimi tanınır və əmisi onu guya cəhənnəmdən qorumağa çalışır.(Cek'i anlamağa çalışmır,yalnız döyərək,əziyyət edərək onu "tərbiyələndirmək" istəyir.) Hər zaman balacanı etdiyi şeylərə görə cəzalandırırdılar.Lakin ən son əmisinin onu dinləmədən günahlandırdığı hadisədə Cek'in həqiqətən də günahı var idi mi? O qədər dəcəl idi ki hər şeyi ondan bilirdilər.Amma heç kəs onu anlamağa çalışmırdı,nələr hiss etdiyini soruşan bir nəfər belə yox idi.(Teo ilə rastlaşana qədər....) Hisslərimi ifadə edə bilməyəcək qədər çox sevdim əsəri... Cek'in düşüncələri,özəlliyi,çoxunun görə bilmədiyi,anlamadığı fərqliliyi və güclü zəifliyi.... Məncə hər kəs bu əsəri oxuyub,Cek'lə tanış olmalıdır. Kitabin ilk səhifələrində Cek ilə tanış olduğumda mənə "Şeker portakalı"nın Zezesini xatırlatdı... .
Cek Reymond
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201780 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.