Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Fikir vermişəm, həqiqi din üçün çalışanlar azdır. Çoxusu ad üçün əlləşir; filankəs məşədidir desinlər deyə. Mənimsə ən çox şanapipiklərdən xoşum gəlir. Şanapipikləri görən kimi baharın gəldiyini bilirəm. Uşaqları qorxutmaq öyrətməkdən daha asandır... (səh.10) Düzü, bu şeytan söhbətinə inanmasam da, ürəyimdə xal qalmışdı. Amma tezliklə başa düşdüm ki, şeytan bizim içimizdədir, onun ağacda-zadda nə azzarı var? (səh.10) ...Yenə həmin sarayaoxşayan sahibsiz evə baxdım. Haçansa pulum olsa elə bir ev tikdirəcəyəm. Amma yox, varlı olmaq istəmirəm. Pul çox adamları dəyişib. Həm də ki, pul bir çox bədbəxtliklərin başlanğıcıdır. Mən xoşbəxt adamam. Çünki heç vaxt pulum olmur... Yaxşı şeylər pis şeylərin əvəzidir, təsəllisidir. Bəs hər şeyi pis olanlar neyləsinlər. (səh.13)
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.