Gönderi

384 syf.
7/10 puan verdi
Rövşən Abdullaoğlunun bir kitabının da sonuna gəldim."Bu şəhərdə kimsə yoxdur","Relslər üzərində uzanmış adam","Arxadakı körpüləri yandırın"kitablarını oxumuşdum və bu gün isə uzun müddətdirki oxunmağını gözləyə "Abaddon"kitabını oxudum.Kitab intellektual,psixoloji,dedektiv janırında yazılıb və yazarın bəyəndiklərim kitabları siyahısına daxil oldu. Mövzusu Əsər Irlandiyada dəhşətli cinayətlər törədən qatili axtaran polislərin,müstəntiqlərin,psixoloqların araşdırmasından bəhs edir.Xüsusi ilə də Şon Onil və Erin Pakerə söz ola bilməz.Onların tatlı atışmaları,zarafaları kitaba məna verib. Yazar "Relslər üzərində uzanmış adam" kitabında Bosniyanın təbiəti,mədəniyyəti,adət-ənənələri və görməli,gəzməli yerlərindən çoxx gözəl məlumatlar vermişdisə bu kitabında da Irlandiya haqqında danışıb Qatil oğru,təcavüzkar,vəhşiliklər törətsə də,eyni zamanda yaxşı insan,dostunu seven biridi.Bəs bu cinayətləri etməyinə səbəb nədi və yaxud bu cinayətləri etməyə onu kimi təhrik edir?Kitabı oxuduqca hər şey yerinə oturur. Mənim üçün Şon Onilin hərəkətləri,rəftarı,güldürən tərəfləri yadda qalan oldu.Çox vaxt kitablarda əsas qəhrəman təriflənsə də Abaddonda belə olmadı.Şonun romantik biri olmadığı,özündən razılığı,heç kəs tərəfindən sevilməməyindən bəhs edilib
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023521 okunma
·
176 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.