Gönderi

9/10
·232 syf.··
Beğendi
·
2020 3. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Ocak 2020 00:00
Yenə bir Hakan Mengüç seansından çıxmış kimi hiss edirəm. Çox-çox yaxşı gəldi. İlk kitabda olduğu kimi bir psixologiya seminarı idi elə bil, amma uzun olanından. Hakan bəyin Afrikada bir sufi ilə tanışmasından sonra gerçəkləşən söhbətlər bu kitabın yazılmasında böyük motivasiya və ilham olub. Yenə münasibətlər, özgüvən, özsaygı, özsevgi, mükəmməliyyətçilik, kontrolculuq, qısqanclıq və s. bir çox vacib mövzu haqqında dərs keçib Hakan bəy. Bu kitabdan çox böyük dərslər çıxardım. Qısqanclıq və kontrolculuq mövzusu ətrafında hətta, özümə terapilər etməyə başladım. Kitabda qadın və kişi münasibətləri ilə bağlı çox əsas bir düşüncənin səhv olduğunu öyrəndim. Bir danışmanı ilə seansdaykən baş verən söhbəti belə nəql edir yazıçı; demək qadın deyir ki, sosial şəbəkə vasitəsilə birisi ilə tanış oldum. Qarşı tərəf dostluq atıb, mesajlar yazıb, bəyənib şəkillərini filan, sonra qadın istəməsə də yazmağa davam edib. Qadın da bunu "çabalamaq, əlindən gələni etmək" kimi başa düşüb və bir neçə aylıq münasibət yaşanıb. Hakan bəy bu situasiyaya çox düşündürücü və məntiqli cavab verib: Dediyinə görə istənmədiyi halda əl çəkməyən tərəf çabalamır, əksinə taciz edir. Özünə olan hörmətini tamamən itirib ona görə sizə də hörmət etmədən yox dediyinizi eşitməyərək israrlara davam edir. Əgər rədd aldığı an qarşı tərəf səssizcə geri çəkilirsə, bu onun aciz yox, öncə özünə sonra da sizə hörmət etdiyini göstərir. Sağlam duruş və hərəkət budur. Günümüzdə də bu cür problemlərlə qarşılaşan və əksər zamanlarda da onu səhv başa düşən insanlar çoxdur. Ona görə də özünü inkişaf kitabı deyib keçməyək, bu və ya digər kitablara şans verək. 2020 girəndən bir çox yarğıladığım kitablara şans vermişəm və də çox bəyənmişəm.
Kalbin Temizse Hikayen Mutlu BiterHakan Mengüç · Destek Yayınları · 20207,5bin okunma
·
23 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.