·160 syf.··Beğendi
···Okunma: 05 Şubat 2019 16:25 Kitab 94 səhifədən ibarət, şirin və vacib mövzuludur. Ta 11-ci sinifdəykən görmüş və almaq üçün çırpınmışdım. Hətta kitab haqqında yorumları oxuyanda əksəriyyətin " hicaba girmədən öncə oxu " deyə yazdığını görəndə pis olmuşdum ki, gecikdim. Oxuyub bitirdikdən sonra isə tamam fikrim dəyişdi. İnsana radikal qərarlar aldıran bir kitab olmadığına görə " ay hicaba girim sonra, ya da hicaba girmədən öncə " deyə bir məcburiyyət yoxdu.
Vacib məsələlərə səthi toxunan bir kitabdır. İçində, " Balıkların duasını almak " kitabında olduğu kimi bir neçə əsas mövzu başlığı altında mətnlər işlənib.
Kitabın arxa qapağında yazılan: "Bir ilahiyat ya da din kitabı gibi değil" yazısı məni çox düşündürmüşdü. Sual vermişdim ki, bəs nədir? Oxuduqdan sonra bunun da cavabını tapdım. Bu kitab sadə, söhbət kitabıdır. Söhbət edirmiş kimi gələcək oxuduğunuzda. Qətiyyətli cümlələr, məcburiyyət dolu sonlar yoxdur.Sonra belə yazılmasının bir mənasının olacağını düşündüm, tapdım. Axı TƏSƏTTÜR ( HİCAB ) məcburiyyət deyildi. Ona görə də bu kitabda əmr cümlələri yoxdur. İstəklərə uyğun cümlələr yer alıb.
İslamın şərtlərində namaz qıl var, amma hicaba gir yoxdur. Çünki hicab məcburi deyil. Hicaba girmə yaşı da 9 yaş deyil. Xahiş edirəm, hər yerdə yazılanı bu düzdü deyə qəbul etməyin, araşdırın. Xəzər universitetinin mənə qazandırdığı ən böyük dəyər də bu oldu: ARAŞDIRMAQ. Allaha şükürlər olsun ki, artıq araşdırıb, həqiqətən inanmadığım heç bir cümləyə etibar etmirəm. Quran-i Kərimi oxuyarkən belə diqqətli və soyuqqanlı davranıram. Unutmamalıyıq ki, müqəddəs kitab da olsa, tərcüməçisi İNSANdır. O əsrlə bu əsri qarışdırmayın. Hicab qızlara hədd-i bülûğa girdiklərində üzərlərinə vəzifə kimi düşür. Hədd-i bülûğ yaşı 9 ola bilməz. İnsan özünü bilməli, düşünəcək səviyyədə olmalı, özü qərar verəcək yaşa gəlməlidir və bu yaş 9 deyil. Bəzi mənbələrdə və Tirmizidə yazılan hədis-i şəriflərdə o əsrlə indiki zamanda yaşların iki dəfə çox olaraq hesablandığı deyilirdi. Bu məntiqlə getsək, hədd-i bülûğ yaşı 18 olur, 9 yox. Məndən bu qədər.