Gönderi

10/10
·184 syf.··
Beğendi
·
2019 10. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Şubat 2019 18:30
"Şimdi acının ne olduğunu gerçekten biliyordum. Ayağını bir cam parçasıyla kesmek ve eczanede dikiş attırmak değildi bu. Acı, insanın birlikte ölmesi gereken şeydi. Kollarda, başta en ufak güç bırakmayan, yastıkta kafayı bir yandan öbür yana çevirme cesaretini bile yok eden şeydi." Salam Aleykum. Bu günkü təhlilin qəhrəmanı "Şeker portakalı"dır. Güclü bir kitabdır bu; Acılarla boğuşan, ancaq bir dəfə də olsun heç kimə biruzə verməyən güclü bir kitab. Kitabın qəhrəmanı olan Zezé, həqiqətən, inanılmaz obrazdır. Fədəkarlıqları, ancaq öz uşaq şıltaqlığından da əl çəkməməsi onu çox vaxt şiddətlə üz-üzə qoyur. Ölümcül yaralar alsa belə səbr edir və yeni günə qapı aça bilir. Kitabın ilk hissəsi "keçid, əsas hissəyə keçid" funksiyasını daşıyırdı. İlk 90-95 səhifə sıxıcı gələ bilər, amma bu səhiflər acılı hissəyə hazırlıqdır. - "Ne olur söyleme, Godóia. Uslu duracağıma yemin ederim. Bir daha kimseye beni bu kadar dövdürme..." Bu replika isə acının başlanğıcı sayıla bilər. O, evdəkilərin şiddətindən nə qədər qorxursa, kəsik ayağının kəskin acısını belə düşünə bilmir. Bu tip qorxu dolu replikalara gələcək səhifələrdə də bir-iki dəfə rast gəlirik. Bundan əlavə Zezé bir neçə dəfə ölümcül döyüldüyündə məktəbə göndərilmir, həkim çağırılmır. Bütün bunlara səbəb isə hal-hazırda cəmiyyətimizdə də dəyişməyən mentalitet mövzusu "CAMAAT"dır. Camaat nə deyər?! Fikirləşirəm ki, bir gün bu "camaat" canlarına azzar deyəcək və görək ondan sonra nə edəcəklər?! Sonluq heç gözləmədiyim və gözlərimi dolduran bir sonluqla yekunlaşdı. Bitdi demirəm, çünki bu bir seri kitabı idi; Kitabın davamı olaraq Delifişek və Güneşi uyandıralım kitabları yazılmışdır.
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2025275,2bin okunma
·
10 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.