Gönderi

328 syf.
7/10 puan verdi
·
6 günde okudu
İsa Muğanna- Məhşər "Mən cümlə cahanü kainatəm." Kitab Şirvanşahlar, Teymurilər və Nəsimini əhatə edir. Tarixi roman olduğundan dəqiq oxumadım və maraqlı gəlmədi mənə. Sonlara doğru Nəsiminin şeirləri biraz rəng qatdı kitaba, məncə. Kitab bir çox şeyi özündə əks etdirirdi və tarixi əsərlər sevənlər üçün əsl nemətdir deyə bilərəm. Nəsiminin sevgilisi Fatmadan, Əmir Teymurun İsfahan döyüşündən, oğlu Vəlihəd Miranşahı parçalayıb cəzalandırmasından, xalq ilə tac arasında qalan İbrahim şahın səciyyəsindəki ziddiyyətlərindən, onun oğlu (ən sevimlisi) Gövhərşahın ikili təbiətindən, "la ilahə illah" inamından və s. bəhs olunur. Kitabı tarixi əks etdirdiyindən ötrü çox da sevmədim və başa düşdüm ki, (ilk oxuduğum tarixi əsər idi) bu tip kitablar almamalıyam. Ancaq bu kitabı aldığım üçün peşman deyiləm. Kitabın tarixçəsi dərin, hər yadıma düşəndə üzümdə kədərli bir təbəssüm qonduracaq növdəndir. Bu kitab mənə əziz müəllimim mərhum Vurğun Əyyubdan xatirədir. Dərs müddətində bolca şeir deyən və məsləhətlər söyləyən birisi olaraq, bu tip kitab məsləhəti cəmi bir dəfə olmuşdu. Və mən də rəfiqəmlə birgə qaçıb bu kitabı almışdım. Hər dəfə rəfimdə gözümə dəyəndə Vurğun müəllim yadıma düşür. Özü getsə də, bir müəllim kimi məsləhət xarakterli xatircəm sözləri və bu kitabı mənə yadigardır. Nə xoş ona ki, gedərkən arxasında bu cür dəyərli kitablar qoyub gedib.
Mahşer
Mahşerİsa Muğanna · Yurt Kitap Yayın · 200461 okunma
·
134 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.