·428 syf.··Beğendi
···Okunma: 08 Mart 2019 11:30 Çingiz Abdullayev- Məşhər ayağında
"O çox riskli bir peşə sahibidir.
Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu "uydurma tərcümeyi halla" yaşayır. Təhlükə və yalan içində ömür sürür.
O xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən super-casusdur. O hər gün rastlaşdığı ölümlə oyanayan həssas oyundaşdır. Lakin o, sonadək- qələbə qazananadək oyun meydanındadır.." Kitab SSRİ ilə ABD arasındakı problemlərdən və əlaltı aparılan əməliyyat tədbirlərindən bəhs edir. Təbii, hadisələrin bir çoxunun reallıqla əlaqəsi yoxdur. Ancaq kitabda əks etdirilməsi istənən mövzularını həyatdan götürülməsi və kitabın nəşr olunduğu tarixlərdə dedektiv növün maraqları cəlb etməsi yazıçının yararına olub deyə bilərik.
Azərbaycanı heç bir vəziyyətdə və zaman dilimində alçaltmaq kimi bir istəyim olmayıb. Ki, azərbaycanlı olmağımla qürur duyur, azərbaycanlıları sevməsəm də, Azərbaycanı, torpağımı sevirəm. Ancaq gəlin düzünü deyək ki, axı hər şeydə ən yaxşısı bizim deyil, eləcə də dedektiv əsərlərdə. Ona görə də atamdan aldığım məsləhəti heç vaxt unutmamış və hər zaman ona əməl etməyə çalışmışam. Kişi deyirdi ki(hələ də deyir) : Əvvəl Azərbaycan dedektivlərini oxu, sonra xaricilərə keç. Birinci xaricələrinkini oxusan, özümüzünküləri oxuya bilməyəcəksən. Mən də bu məsləhətə əsasən hələ ki, Azərbaycan dedektivlərini oxuyuram.
Kitabda baş rolda gedən Kamal Aslan obrazıdır. Haralı olduğu çox qarışıq olan bu obraz çox xoşuma gəldi doğrusu. İşindən asılı olmayaraq, əslində bir az da öz xarakterini göstərməsi, alicənablığı məndə ona simpatiya yaratdı. Onun yanında paralel obrazlarda gedən iki qadın ; Marta (köhnə həyat yoldaşı) və Sandra (sevgilisi deyə bilərik) Kamalın özünə məxsus xüsusiyyətlərini (hansı ki, bunları heç də girdiyi saxta insan xatirinə yox, məhz özü kimi edirdi.) görməyimizdə böyük rol oynayırdı.
Dedektiv əsər üçün bunlar kifayətdir, məncə. Nə də olsa, gizlilik bu əsərlərə maraq cəlb olunması üçün vacib faktordu.