Gönderi

80 syf.
5/10 puan verdi
·
Read in 12 hours
Həqiqətən də əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq. Uşaqlara hələ gənc yaşlarından əxlaqsızlığa ikrah hissi aşılamaq son dərəcə vacibdir, bu yalnız Allahın əxlaqsızlığı qadağan etməsi ilə deyil, onun özlüyündə iyrənc olması ilə bağlıdır! Axı əks təqdirdə onlarda son dərəcə asanlıqla belə bir fikir yarana bilər ki, istədikləri vaxt əxlaqsızlıq edə bilərlər və əgər Allah bunu qadağan etməsəydi, əxlaqsızlıq etmək mümkün olardı və yəqin ki, bircə dəfə üçün Allah insanın günahından keçərdi. Allah son dərəcə müqəddəs varlıqdır, o yalnız yaxşılıq arzu edir və bizdən tələb edir ki, xeyirxahlığı onun tələb etməsinə görə yox, daxili məziyyətinə görə dəyərləndirək. Uşaqların iradəsini qırmaq yox, onu təbii maneələrlə tabe olmağa alışdırmaq lazımdır. Kitab, çox yerdə özünü təkzib etsə də, bir az qarışıq olsa da, hərf səhvləri olsa da, oxunulası idi.. Ancaq kitabı İDİOT yayınevindən almağınız məsləhət deyil. Kitab, ümumilikdə adından da göründüyü kimi pedaqogikadan bəhs edir.
Eğitim Üzerine
Eğitim ÜzerineImmanuel Kant · İz Yayıncılık · 20181,756 okunma
·
12 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.