Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

168 syf.
5/10 puan verdi
·
10 günde okudu
On doqquz yaşım var. Bir il beş aydır ki hicablıyam. Anam isə,təxminən, on-on bir ildir hicabdadır. Gözümü açandan evimizdə namaz qılınıb, dua oxunub. Müsəlmanlar dinini necə yaşayırsa, elə də yaşanılıb. Bu on doqquz ildə dinin içində olan birisi kimi mən, təbii olaraq İslam dininin strukturundan, Peyğəmbərlər, onların ailəsi, Səhabələrdən, vacib dörd mələkdən, Qur'an-i Kərimdən və s. xəbərdaram. Özümdə nəfsimə qalib gələ bilmədiyim məsələləri də bilirəm, o məsələlərin həll yolunu da. Bu kitabı yayda almışdım. Alarkən tək bildiyim Yunus Oran idi. Çünki ona heyran idim. Danışığı, duruşu adamı özünə cəlb edirdi və həqiqətən də dinlədirdi söhbətini. Kitabının da söhbəti kimi maraqlı olacağını düşünmüşdüm alanda. Amma çox təəssüf elə olmadı. Düz səkkiz gündür kitabla birgə əziyyət çəkirik. Nə o bitmək bilir, nə də mən bitirə bilirəm. Cəmi 167 səhifə gözümdə olmuşdu dağ! Başda sizə özümdən danışırdım axı, bunlar əlbəttə əbəs deyildi. İzah etmək istəyirdim ki, bu kitab mənim kimilərə yox, bu dini yeni tanımağa çalışanlara, yeni hicaba girənlərə (1-6 ay), bu dini yeni qəbul edənlərə lazımlı olacaqdır. Bu tipdə kitablar olduqca çox oxuduğum üçün eyni şeyləri təkrar oxumuş kimi oldum və ona görə də kitabı yarılamamış sıxılmağa başladım. Kitabın içində Peyğəmbərimizin (sav) nəvələri ilə olan hekayələrindən başqa elə də diqqətimi çəkən olmadı. Xülasə, kitab, yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.
Sen O' na Aşıksın
Sen O' na AşıksınYunus Oran · Hayy kitap · 2017959 okunma
··
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.