Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

240 syf.
9/10 puan verdi
Yaşamaq sənəti
Bu dəfə haqqında danışmaq istədiyim kitab Alfred Adlerin "Yaşamaq sənəti" kitabıdır. Bəri başdan deyim ki, #mütləqoxunmalıdır dediyim kitablardandı. Adına baxıb qətiyyən aldanmayın, şəxsi inkişaf kitabı deyil, individual psixologiyaya aid maraqlı kitabdır. Kütləyə xitab elədiyi üçün ağır elmi dildən uzaqdır. Oxunmanın vacibliyini gərəkdirən amilləri müəyyənləşdirməyə çalışdım sonda... Mən bu kitabı niyə oxumalıyam?! Səbəblər çox və müxtəlif oldu. Ancaq ən əsası, məncə, insan özünü tanıyır, təhlil eləyə bilir, bu günə qədər yaşadığı situasiyaların onun beynində qoyduğu izləri və həyatına göstərdiyi mənfi və ya müsbət təsirləri aydınlaşdıra bilir, təhlil eləyib özü üçün çıxış yolu tapa bilir. Digər bir tərəfdən yaşadığımız cəmiyyətdə ailə dəyərləri, valideynlik duyğularının nə qədər önəmli olduğu faktdır. Hətta çox vaxt elə təsəvvür yaranır ki, sırf ana və ya ata olmaq üçün ailə qurulur... Övlad tərbiyəsi işində də valideynlərə yolgöstərən ola biləcək, onlara uşaqlarına qarşı davranışlarında yol verdikləri səhvləri göstərə bilən bir kitabdır deyə bilərəm. Kitabda valideynlərin ağlına belə gəlməyəcəyi kiçik, lazımsız hesab elədikləri məsələlərin uşaqların psixologiyasında necə ciddi narahatlıqlar yarada bilməsi və onların gələcək həyatına necə mənfi təsirlər qoya biləməsi real faktlarla açıqlanır. Üstünlük və natamamlıq duyğusu, eyniadlı komplekslər, bu komplekslərin yaranma səbəbləri və xəstəlik səviyyəsinə çatma həddi, həsəd, qısqanclıq kimi duyğuların yaranma səbəbləri, onların insan şəxsiyyətində yaratdığı fəsadlar, yuxular və yuxuların insanın şüuraltısı və gündəlik həyatı ilə əlaqəsinin sadə izahı və bu kimi bir çox məsələlərə toxunan və onların səbəblərini araşdıran kitabın, oxuyan hər kəs üçün bu və ya digər dərəcədə faydalı ola biləcəyinə inanıram. Əsəri oxuya oxuya buna bir daha əmin oldum, pis uşaq yoxdur, pis tərbiyə olunmuş, yanaşılmış, valideynlərinin sevgisindən, qayğısından məhrum qalmış və ya hədsiz sevgi, qayğı göstərilmiş uşaq var, yanlış yanaşma var. Əslində, görünürdə bütün valideynlər uşaqlarını bu və ya digər dərəcədə sevir və bu sevgini göstərir, həqiqətən səmimiyyətlə göstərir, ancaq bu sevgini necə və hansı dərəcədə, hansı gərəklikdə göstərir... Bu çox önəmlidir. Ümumiyyətlə, zənnimcə, ailədə (eləcə də, digər kollektivlərdə) yanlış tərbiyənin ən böyük səbəbi valideynlərin övladlarını tanımamasından, onların şəxsi psixoloji xüsusiyyətlərini bilməməsindən qaynaqlanır ki, bu da nəticə etibarilə yanlış yanaşmaya və tərbiyəyə gətirib çıxarır. Fəsadları isə həyati dərəcədə ağır olur. Bu mənada bütün valideynlər bir az psixoloq olmalıdır. Əsərin texniki xüsusiyyətlərinə gəlincə, dili olduqca sadə, axıcı, oxunaqlıdır. Tərcüməsi isə, məncə, həqiqətən də ustalıqla olunub. Kiçik texniki qüsurları çıxmaq şərtilə, məncə, təcrübəli insanların əlinin toxunduğu kitablardandır. Hər halda oxunması önəmli kitablardandır.. Kitabla tanış olmağıma vəsilə olduğu üçün dəyərli dostum Farizə, kitabın dilimizə tərcümə olunmasında rolu olan, əməyi keçən hər kəsə minnətdaram.
Yaşama Sanatı
Yaşama SanatıAlfred Adler · Say Yayınları · 20062,578 okunma
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.