Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

376 syf.
·
Puan vermedi
Roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs etsə də, Azərbaycan ədəbiyyatında az işlənmiş parapsixologiya, ölümdən sonrakı həyat, ölümə yaxın təcrübə kimi məsələləri də incəliyinə qədər çatdırmışdır. Müəllif ilk romanı ilə həqiqətən uğurlu bir addım atıb desəm, yanılmaram. Həm qeyri-adi süjet xətti, həm az işlənən mövzusuna görə "Ayrılıq" romanından çox şey öyrənmək mümkündür. Nəzərə alsaq ki, müasir zəmanəmizdə hələ də paranormal hadisələri ciddi qəbul etməyən insanlar var, belə bir mövzu seçilməsi yazıçının həm də cəsarətindən xəbər verir. Romanın dili rəvandır. Yazıçının üslubu xoşuma gəldi, seçdiyi ifadələr, hadisələrin təsviri ürəyəyatandır. İlk əvvəl qeyd edim ki, sevgililər arasında qurulmuş dialoqlar əladır. Çox səmimi, məsum münasibətləri özündə əks etdirən söhbətlər oxucunu təsir altına salır. Yazıçının həyat hadisələrinə yanaşma tərzini hər oxucu öz baxış bucağına görə qiymətləndirə bilər. Romanda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılmışdır ki, bu da onu daha oxunaqlı edir. Müəllif belə fikirləri bəzən özünün də yazdığı kimi "Feyzbuk" sosial paylaşımlarından istifadə edərək çatdırmağa çalışıb. Məsələn, dindarlıq məsələsi əsərin baş qəhrəmanları Yusif və AYşənin dialoqlarında, eləcə də dostlar arasındakı müzakirələrdə gözəl izah edilib. Bundan başqa romanda kitab oxumağın faydaları və təbliğatı məsələsi alqışa layiq bir yanaşmadır. Yusifin ətrafında olan gənc dostlarının bir çay evinə toplaşaraq həftənin bir gününü oxuduqları kitabın müzakirəsinə ayırmaları həvəsləndirici üsullardan biridir. Baş qəhrəmanın AYşənə nəql etdiyi hekayədə bəzi fimlərin və faydalı kitabların məzmununun açıqlanması, qabardılması oxucunu məlumatlandırmaqla yanaşı baxış bucağını dəyişdirəcək vasitələrdən biri kimi qiymətləndirdim. Romanda ana-övlad, ustad-şagird, dostluq və sevgi münasibətləri xüsusi peşekarlıqla qələmə alınmışdır. Hər bir münasibətdə kövrəldən, həyəcan yaradan, güldürən məqamlara rast gəlmək mümkündür. Sonda bunu da qeyd edim ki, romanda bəhs olunan ayrılıq məsələsinə çoxumuzun bir çox əsərlərdə oxuduğumuz maddi həyat anlamında deyil, daha çox metafizik müstəvidə yanaşılmışdır. Yazının əvvəlində romanı niyə tez oxuyub bitirmək səbəbini irəlidə açıqlayacağımı bildirmişdim. Bu Ölümə Yaxın Təcrübəmlə bağlı idi ki, bu haqda artıq məqalələrimdən birində ətraflı oxuculara çatdırmışam.
Ayrılıq
Ayrılıqİlqar Kamil · Parlaq İmzalar · 201520 okunma
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.