Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

248 syf.
7/10 puan verdi
·
4 günde okudu
Bu kitabı oxuyanda tərəddüdlərim vardı, birincisi yazıçı mənə tanış deyildi, ikincisi kitabın adı bir o qədər diqqətimi cəlb etməmişdi. Bu kitaba bir dost məsləhəti ilə, doğrusu bir az da ağır, mənəvi cəhətdən məni yoran kitabların arasında nisbətən rahat, axıcı bir roman oxumaq üçün başladım. Amma, gözlədiyimin əksinə kitabın mövzusu heç də "yüngül" və ya "çərəzlik" deyildi. Ancaq onu qeyd edim ki, dili həqiqətən axıcı idi. Kitabın adına baxanda bunun sadəcə hansısa bir kişi, onun həyatı yaxud həyatının hər hansı bölümü haqqında olduğunu düşünürsən. Lakin bu roman sadəcə bir kişi yox bir çox kişi haqqındadır. Həyatda özünü tapa bilməyən, öz qabığına çəkilən, uzunmüddətli münasibətlərdən, bağlanmaqdan qorxan və qaçan, ətrafına divarlar hörən, yaş olaraq nə qədər böyüsə də ruhən həmişə uşaq qalan, yaxud böyümək istəyib bunu bacarmayan, bunun üçün bir ata fiquruna ehtiyacı olan və sair və ilaxır kişilər haqqındadır. Amma, əlbəttə, əsərin demək olar ki, əsas iki kişi qəhrəmanı var, Vill və Markus. Müəyyən mənada Markusun atası Kliveni də qəhrəman saymaq olar. Roman sadəcə kişilərdən bəhs etmir təbii ki. Yqadınskazıçı başqa bir çox mövzuya da toxunub. İl növbədə valideyn və övlad münasibətləri, daha sonra təhsil sistemi. Xüsusilə təhsil sisteminə yanaşması çox yerindədir. Markus 12 yaşlı məktəbli bir oğlandır, anası ilə yaşayır, atası isə sevgilisi ilə başqa şəhərdədir. Markus bəzən həftə sonlarını onlarla keçirir. Anası Fiona bir az fərqli qadındır. Əlbəttə bu fərqlilik Markusa da yansıyıb. Nəticədə məktəbdə heç bir dostu yoxdur, daima digərlərini məsxərə obyektinə çevrilib. Bir tərəfdən bu çətinliklə başa çıxmağa çalışan Markus digər tərəfdən də daima depressiyada olan, hətta intihar təşəbbüsü göstərən anasına göz-qulaq olmağa çalışır. Atası desən heç bir məsuliyyət hissi yoxdur. İnd təsəvvür edin bu cür valideynlərə sahib olan bir uşağın həyatını... Bu mərhələdə onların həyatına Vill daxil olur. Villin onların həyatına daxil olması da qeyri-adi formada baş verir. Vill bağlanmaqdan qorxan, uzunmüddətli, ciddi və anlam ehtiva edən münasibətlərdən qaçan kişilərdəndir. Öz qabığında yaxşı gizlənib. 36 yaşında olsa da daxilən hələ də uşaqdır. Markusum onun həyatına daxil olması Villin illərdir ətra hördüyü hündür divarlarda çatlaqlar yaratmağa başlayır. Əvvəlcə bunu ciddi qəbul etməsə də zamanla Markus onun üçün əhəmiyyətli birinə çevrilir. Amma, ənənəvi romanlardan fərqli olaraq burada yazıçı Vill Markusun anası Fiona arasında bir eşq qurğulamır. Bu da romanı "klişelik"dən qoruyur. Romanın sonluğu da ənənəvi xoşbəxt sonlardan deyil, amma, real həyatda hər şey nə qədər qaydasında ola bilərsə işlər o dərəcədə qaydasına düşür deyə bilərik. Kitabı tövsiyə etmək məsələsinə gəlsək, sizə deyə bilmərəm bu romanı qaçırmayın, mütləq oxuyun. Amma, bir şans verib oxumağınızı istəyirəm. Çünki kitab sizə fərqli bir ədəbiyyat zövqü, fərqli bir təcrübə yaşadacaq. Sınamağa dəyər.
1 Erkek Hakkında
1 Erkek HakkındaNick Hornby · Sel Yayınları · 200531 okunma
·
37 görüntüleme
Nil neslihan ata okurunun profil resmi
Yorumun yazı karakterinde sıkıntı var anlaşılmıyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.