7/10
·208 syf.··
2020 7. kitabı
·
11 günde okudu
·
Okunma: 01 Şubat 2020 19:27
"Roman yazmaq ürəyinizdəki qaranlığın dibinə enməkdir"- deyir dünyaca populyar olan və əsərləri 50 dilə tərcümə edilən yapon yazıçısı Haruki Murakami və "Peşəm yazıçılıqdır" kitabında oxucularını özünün indiyə qədər keçdiyi yazıçılıq yolu ilə tanış edir. Hər bir yaradıcı insanın müəyyən uğur zirvəsinə gəlib yetişməsi üçün hansısa nöqtədən başlaması vacibdir. Kimsə birdən-birə kibrit çöpü kimi qısa zamanda yanıb qurtara bilməz. Doğrudur, tarixdə tez yanıb tez bitən dahi yaradıclar da olub. Motsart, Van Qoq, Frans Kafka kimi və s. yaradıcı insanları misal göstərə bilərik. Amma bunu da bilirik ki, insanlar fərd olaraq ayrıdırlar və onların hamısı eyni formada və ya eyni sürətlə yarada bilməz. Bu gün hardasa kiçiyindən tutmuş böyüyünə qədər bir çox oxucunun sevgisini qazanmış məşhur rus yazıçısı Lev Tolstoyun gündəliklər yazmaq macərasını gözlərim önündə canlandırıram. Daima nələrisə dəftərinə qeyd edir, sonra onları dönə-dönə oxuyur, bəyənmədiyi cümlələri və ya sözləri silir, bəzi məqamlarda yazdığından utanır, yaxud xoşuna gəldiyi üçün fərəhlə sevinir və günlərin bir günü "Uşaqlıq" adlı povestini gün işığına çıxarır. Bununla da böyük ədəbiyyat dünyasında addımını atır. Belə olan vəziyyətdə ortaya sual çıxır. Yazıçlıq bir peşədir, yoxsa yaradıcılıq fəaliyyətidir? Yazının devamı: ceylanmumoglu.com/article/haruki-...
Edebiyat
Mesleğim YazarlıkHaruki Murakami · Doğan Kitap Yayınları · 2019975 okunma
·
50 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.