Gönderi

10/10
·280 syf.··
Beğendi
·
2019 7. kitabı
·
10 günde okudu
·
Okunma: 10 Aralık 2019 00:10
On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik bir dinc şəhərdə böyüməkdədir.O,digər gənc qızlar kimi musiqi dinləyir,məhəbbət romanları oxuyur,gələcək haqqında xoş xəyallar qurur.Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir.O məsum qız hansi ki filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağla gəlməz işgəncələrə məruz qalır..İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır.Onun verdiyi canlı,amansızcasına acıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək.Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraq bu hadisələrin həqiqət olmamasını arzu edəcək,bəzən nifrətinizdən dişlərinizi sıxacaq,bəzən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz.Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.
1000Kitap
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,8bin okunma
·
45 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.