Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

192 syf.
9/10 puan verdi
Kamyu - Hə ilə yox arasında... Kamyu oxuyursansa, əlində mütləq textmarkerin və yanında mütləq qeyd dəftərçən olmalıdır... Kamyu yaradıcılığını hər zaman sevmişəm. Hətta xarici görünüşcə də jönüm olan nadir yazıçılardandır. Bu kitabı ilə isə Kamyunu sevmək üçün daha yeni bir səbəbim oldu. Şəxsiyyət, düşüncə, ideya olaraq da artıq hörmət elədiyim yazıçılar siyahısına daxildir Kamyu. Qeyd eləyim ki, bu siyahı o qədər də geniş deyil. Sənətini çox sevsəmsə də, şəxsiyyətini sənətindən ayırdığım və bir birinə qarşı qoyduğum bir çox sayda yazıçı var. Kamyu isə hər iki anlamda nəzərimdə özünü təsdiqləmiş və mənimçün xüsusi sayılan yazıçılar mövqeyindədir. Kitab Kamyunun esseləri və hekayələrindən ibarətdir. Mütləq oxunulması kitablardandır. İçində düşüncələrimin əminliklə öz təsdiqini tapdığı nadir kitablardandır. Kitabdaki hər bir hekayəni çox böyük maraqla oxudum, ancaq xüsusilə Kamyunun "İsveç nitqi" (Nobel mükafatının təqdimatından sonra təşkil olunmuş yığıncaqda söylədiyi nitqi), "Çörək və azadlıq" və "Alman dostuma məktublar" esseləri təsirli oldu. Əminliklə söyləyə bilərəm ki, təkrar - təkrar vərəqləyəcəyim və kitab rəfimin ön sıralarında, hər zaman gözümün qarşısında olmasını istəyəcəyim və dönə - dönə qayıdacağım kitablar sırasına əlavə olundu.
Hə ilə Yox Arasında
Hə ilə Yox ArasındaAlbert Camus · Qanun Nəşriyyatı · 20195,4bin okunma
·
117 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.