Gönderi

AZADLIQ - BOĞAZIMIZDAKİ ZƏNCİRİN UZUNLUĞU QƏDƏR!
- Kommunizmin millətçiliklə əlaqəsi yoxdur, - Sakit etiraz etdi. Eminbəyli isə istehza ilə: - Yadında saxla, bütün kütlə hərəkatlarının kökündə millətçilik durur. Bunu necə sübut edə bilərsən? - Fərhad qaşlarını çataraq dilləndi. - Musanın zamanından əsir ibranilərin Misirdən çıxarılmasından tutmuş, yapon şovinizminə qədər hər şeyin kökündə millətçilik adlanan bir din, bir inanc yatır. Bir millətin digərini istismar etməmək haqqının qabardılması. Budur. XVI əsrin reformasiyasına baxaq. Dini hərəkat kimi başladı, amma mesaj nə idi? Lüter deyirdi ki, italyanların gözündə biz almanlar axmaq german donuzlarıyıq. Bizi fırıldaqçı kimi oynadır və ölkəmizi iliyinə qədər sümürürlər. Oyan, Almaniya! Hə, biz bolşeviklərin onlardan fərqi nədir? Uğrunda çarpışdığımız müqəddəs amallar nəyə qulluq edir? Ətrafa baxın, gizli repressiya hamımızı ələyir. Yaxşı, hansı cəbhəyə qulluq edirik? Qazancımız: Zəncirimizin uzunluğu qədər azadlıq...
·
21 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.