Gönderi

6/10
·383 syf.··
2020 6. kitabı
·
13 günde okudu
·
Okunma: 22 Şubat 2020 09:54
Bu roman davamlı olaraq izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx bağlıdır.Əsər haqqında internetdə araşdırarkən öyrəndim ki,romanda nəzərə çarpmayan çoxlu sayda detallar yazıçının həyatı ilə səsləşir.Məsələn: romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. . Əsərdə 24saar kamera nəzarəti ilə idarə olunan,azad düşüncəyə,hisslərə,xəyallara qadağa qoyulan bir dünyadan,1984-cü ildə,despotik bir rejimin hökm sürdüyü Okeyaniyadakı yaşayışdan danışılır.Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırdığı halda Uinston hələ də azad düşünə bilir.Və bu,"azad düşünmək" orada ən böyük cinayətlərdən biri -"fikir cinayəti" sayılır.Uinston bir gün özü kimi düşünən və partiyaya qarşı olan bir qızla tanış olur və onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa başlayırlar.Bu mübərizələrinin sonunu isə...(kitabı oxuduğunuz zaman görəcəksiniz)️
1984George Orwell · Qanun Nəşriyyatı · 2024200bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.