Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini sinəsinə sıxıb addımlayan Uinston Smit özünü “Qələbə” yaşayış binasının şüşə qapısından tələsik içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu. Vestibüldən bişmiş kələm və köhnə döşəmə əsgilərinin iyi gəlirdi. Giriş qapısı ilə üzbəüz divara içəri üçün çox iri görünən rəngli plakat yapışdırılmışdı. Plakatda nəhəng, eni bir metrdən böyük insan sifəti təsvir edilmişdi. Bu, təxminən, qırx yaşlarında, qara lopabığlı, kobud görünüşlü, lakin yaraşıqlı kişinin portreti idi. Uinston pilləkənə tərəf getdi. Lifti gözləməyin mənası yox idi. Lift hətta ən yaxşı vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gündüz olduğundan işıqları söndürmüşdülər. Qənaət rejimi işə düşmüşdü – Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzili yeddinci mərtəbədə yerləşirdi. Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunda damarların genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki pillələri asta-asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara vurulmuş plakatlardan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan, şəkildəki adamın gözləri səni izləyirdi. “BÖYÜK QARDAŞ SƏNƏ BAXIR” – şəklin altında elə belə də yazılmışdı.
Yazar:
George Orwell
George Orwell
Çevirmen:
Vilayət Quliyev
Vilayət Quliyev
Tahmini Okuma Süresi: 10 sa. 51 dk.Sayfa Sayısı: 383Basım Tarihi: 2019İlk Yayın Tarihi: 5 Mart 1938Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952264593Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
383 syf.
·
Puan vermedi
·
20 saatte okudu
......George Orwell....1984.... Okuduğum en güzel ve en iğrenç kitap. ))) bugünü anlayabilmek, içinde bulunduğumuz iğrençliği, yalnızlığı, çok iyi anlatan bi kitap. Yazar, romanının yazınsal gerçekliğini dört ilke üzerinde kurar: bir, insanlığın geleceği sürekli bir baskı düzeni altında yaşamaktır; eşitlik, özgürlük ve barış bir hayalden
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
Reklam
383 syf.
9/10 puan verdi
·
15 günde okudu
Manipulyasiya Kölgəsində Üsyan
1984
1984
kitabı
George Orwell
George Orwell
tərəfindən 1949-cu ildə yazılmış distopiya və ya antiutopiya əsəridir. Kitab "Qara Dördlük"dən oxuduğum 3-cü əsər oldu. Əslində bu anlayış haqqında əvvəllər heç eşitməmişdim, sonra isə təsadüfən tanış oldum. "Qara Dördlük" müəyyən ədəbi çevrələrdə distopiya janrında olan 4 əsas klassika kitabına
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
218 syf.
10/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Big brother is watching you!
Əslində "Heyvanıstan" əsərini oxuduqdan sonra bu kitabı oxumağa qərar vermişdim. Amma əlimə bir neçə imkan düşsə də, hətta bir dostum kitabı verməyi tövsiyə etsə də təxirə salırdım. Bu günə qədər heç vaxt bir kitabı gec oxuduğum üçün təəssüf etməmişdim. Bunun doğru olmadığını düşünürdüm, bir kitabı indi oxumuşamsa deməli elə indi oxumalı imişəm. Bunu biraz qismətə də bənzətmək olar. Ta ki, 1984-ü oxuyana qədər belə düşünürdüm. Amma indi həqiqətən bu kitabı bir neçə il əvvəl oxumadığıma görə təəssüf edirəm. Ümumiyyətlə götürsək oxuduğum ən yaxşı əsərlərdən biri oldu. Tərcüməsi də normaldı hətta türkçəsindən daha yaxşıdı deyə bilərəm. Kitabın ortalarında sonluğu ilə bağlı bir fərziyyəm vardı, bir əminlik vardı belə bitəcəyinə, hətta bunu düşünüb "sadə əsərdi" deyə öz-özümə fikirləşirdim. Sonlara çatdıqda isə hər şey elə mürəkkəb hal alır ki, təəccüblənməyə bilmirsən. Və harada olursuzsa olun unutmayın ki: BÖYÜK QARDAŞ SƏNƏ BAXIR.
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
381 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Şiddətlə tövsiyyə edilir.
Bu gün Oruellin "1984" əsərini təhlil edəcəyəm. Əvvəlcə əsərin adı ilə bağlı danışmaq istəyirəm. Oruell romanına nə üçün belə bir ad seçmişdi? Niyə başqa bir tarix yox 1984? Bu rəqəmlər nə ifadə edirdi? Müəllif romanını əslində "Avropada sonuncu insan" adlandırmaq istəyirmiş. Böyük Qardaşın ideyalarına qarşı çıxan Uinston
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
Reklam
383 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Kitab antiutopiya şəklində yazılmış əsərdir. Antiutopiya, həmçinin distopiya və ya kakotopiya - müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Dünya üçə bölünür: Okeaniya, Avrasiya və İstasiya. Hadislər Okeaniyada nəql olunur. Qorxunc olsa da o zamanda yaşadığımızı düşünək. Böyük Qardaş, teleekranlar, səsyazan mikrofonlar, ikifikirlilik, fikir cinayəti və.s. Əhali Partiya tərəfindən nəzarətdədir. Nəzarət teleekran vasitəsi ilə həyata keçirilir. O hər yerdədir. Mənzillərdə, idarələrdə, meydanlarda və.s. mövcuddur. Okeaniya amansız qanunlarla idarə olunur. Bir sözlə, insan hüquqları, şəxsi həyat anlayışı yoxdur. Əsərin baş qəhrəmanları Uinston və Culiya Partiyayanın əleyhinə çıxan, Böyük Qardaşa nifrət edən, Partiyaya sui-qəsd düşünən, təbliğat yaymaq istəyən şəxslərdir. Bütün həyəcan da məhz elə bundan sonra başlayır. Kitabı oxuyarkən orada yaşayırmış kimi hiss edirdim. Bu qədər təsirlənəcəyimi düşünməzdim. Oxumağa dəyər. Hər kəsə xoş mütailələr.
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
383 syf.
4/10 puan verdi
·
3 günde okudu
bütün yorumları okudum herkez begenmiş kitabı bir tek ben begenmedim. öyleyse cok bogdu beni okumak veya okumamak arasında kaldım zorla bitirdim ben tavsiye etmiyorum bu kitabı
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
383 syf.
6/10 puan verdi
·
13 günde okudu
Bu roman davamlı olaraq izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx bağlıdır.Əsər haqqında internetdə araşdırarkən öyrəndim ki,romanda nəzərə çarpmayan çoxlu sayda detallar yazıçının həyatı ilə səsləşir.Məsələn: romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə oturduğu otağının nömrəsidir. . Əsərdə 24saar kamera nəzarəti ilə idarə olunan,azad düşüncəyə,hisslərə,xəyallara qadağa qoyulan bir dünyadan,1984-cü ildə,despotik bir rejimin hökm sürdüyü Okeyaniyadakı yaşayışdan danışılır.Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırdığı halda Uinston hələ də azad düşünə bilir.Və bu,"azad düşünmək" orada ən böyük cinayətlərdən biri -"fikir cinayəti" sayılır.Uinston bir gün özü kimi düşünən və partiyaya qarşı olan bir qızla tanış olur və onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa başlayırlar.Bu mübərizələrinin sonunu isə...(kitabı oxuduğunuz zaman görəcəksiniz)️
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
383 syf.
8/10 puan verdi
·
Beğendi
George Orwell iki dakika Turkiye'ye gel de distopya gor orpsu cocu ...................................................................................
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
Reklam
383 syf.
10/10 puan verdi
·
Beğendi
George Orwell
George Orwell
Siyasi konulara merakı olmayan birisinin bile kolaylıkla okuyacağı şaheser niteliğinde bir kitap kitabın en güzel tarafı nerdeyse hiç boş bir yazı yok her an bir olay var. George Orwell işin içine aşk da katarak konuyu ilahi seviyeye çıkarmış 10/10 bir kitap yeniden okuyacağım kitap okumayan birisinin okuyacağı ilk kitaplardan birisi olmalı
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166bin okunma
352 syf.
9/10 puan verdi
Hayatımın her döneminde okuyabilecağim kitaplar arasındadır 1984. Diktatörlüğü ve iktidarın kendi çıkarları için yapabileceklerini en iyi anlatan kitaptır sanırım. George Orwell, bu kitabında ütopik bir dünya kurmuş gibi görünsede bana göre büyük öngörü sahibiymiş. Okurken sürekli olarak bu dönemle kıyasladım kitabı. Okyanusya, Avrasya ve Doğu Asya yaşanan savaşlar sonucu üçe bölünmüş ülkelerdir. Ülkenin dört bir yanında posterleri olan, despot lider Big Brother' in yönettiği Okyanusya, yasaklar ve korkularla sindirilmiştir. Her evde bulunması zorunlu olan tele ekran ( bir çeşit televizyon) ile özel hayat ortadan kaldırılmıştır. Bu tele ekranlar sayesinde parti propaganda yapıyor, isyankarlara karşı nefret aşılıyor insanlara. Aynı zamanda bu ekranlar sayesinde insanların yaptığı her şey görülüp, dinleniyor. Bangır bangır eşitlikten bahseden yöneticiler ve halk arasındaki yaşam kalitesi uçurumlar kadar. Ama yozlaştırılıp, uyutulan halk bunun bilincinde dahi değil. Sistemin ( partinin) insandan önemli olduğu bir dönem yaşanıyor. Sorgulamak, düşünmek, aşık olmak, yakın arkadaşlık kurmak...sistemin istemediği ve sisteme zarar verecek her türlü duygu ve düşünce yasak. Bu duygu ve düşüncelerin yasak olduğu Okyanusya' da aksi bir durum olursa Düşünce Polisi tarafından yakalanıp, idamla ya da işkenceyle cezalandırılıyor insanlar. Sevginin olmadığı kendi anne, babasını Düşünce Polisine şikayet eden çocukların ülkesi haline gelmiştir Okyanusya. İşte insanların robotlaştırıldığı bu ruhsuz ve totaliter rejime karşı olan Winston Smith' in aşkını ve isyanını anlatan olağanüstü bir kitap.
1984
1984George Orwell · Can Yayınları · 2019166bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.