Gönderi

424 syf.
·
Not rated
Yazıçılar əsərdə çox incə yumor və tənqidi zarafatlara əsaslanan ifadələrə yer veriblər. Bəzi ifadələrin anlamını tam başa düşə bilmək üçün inqilabdan əvvəlki Rusiya və Sovet tarixinə müəyyən qədər bələd olmaq lazımdır. Romanın qəhrəmanları qarnında madam Petuxovanın cəvahiratını saxlayan, qoz ağacından hazırlanmış Qambs stulunu tapmalıdırlar. Ölüm döşəyində olan yaşlı qadın öz kürəkənini yanına çağırır və sirrini ona danışır. Qadın kürəkəninə 150 min rubl dəyərindəki cəvahiratını sonradan hüzur evi kimi istifadə olunan evin qonaq otağındakı on iki stullardan birinin oturacağına gizlətdiyini deyir. Kürəkən İppolit Matveyeviç qaynanasının cənazəsini belə gözləmədən həmin 12 stulun axtarışına düşür və bütün hadisələr də elə buradan başlayır. İppolit Matveyeviç hələ yolun başındaykən Ostap Bender adlı bir fırıldaqçı ilə qarşılaşır və bu işdə yola birlikdə davam edirlər. Axtarışlarında məlum olur ki, stulların bər biri ölkənin bir-birindən uzaq məsafəli yerlərində ayrı-ayrı insanlara satılıb. Daha sonra məlum olur ki, qadın günahlarından təmizlənmək üçün sirrini keşişə də etiraf edibmiş. Artıq İppolit və Ostapın bu yolda rəqibləri var. Hətta zaman zaman onların yolları da kəsişir. Bəs cəvahiratları kim tapacaq? :) Ümumilikdə tənqidi yumorlarla dolu olan bu dəyərli əsər dərin məna kəsb edən ifadələrlə zəngindir.
On İki Sandalye
On İki SandalyeYevgeni Petrov · Evrensel Basım Yayın · 2002172 okunma
·
413 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.