Gönderi

10/10
·376 syf.··
Beğendi
·
2020 12. kitabı
·
8 günde okudu
·
Okunma: 26 Şubat 2020 14:45
119 səhifə oxuyub, əslində isə bitirmiş kimi mühakimə etdiyim üçün kitabdan üzr istədim. Nə də olsa, mənim kitablarımın ruhu, könlü var. Etiraf edirəm ki, həmin 119 səhifə içimi çox boğdu. Əvvəl "copy-paste" olduğunu da düşündüm, sonra depressiv hiss etdirdi. Ancaq hekayə bir yeni obraz gəlməsi ilə həyəcan verməyə, maraqlı olmağa başladı, sanki canlandı. Kitabdan çox yazsam, onun sehrini qaçırdaram deyə qorxuram. Amma mən, yaralı, kimsəsiz Villi və Visamı sizə necə danışmayım?! Axı, mən necə sizə Bədri kimi kişilərin ədalətindən söz açmayım?! Kitabı oxuduqca yeni, fərqli məlumatlar əldə edirdim. Həyatımda oxuduğum iki, bəlkə də üçüncü kitab olar ki, futbol terminlərindən sıxılmadım. Hətta, hamısının açıqlamasını tək-tək oxudum. Psixolojik roman janrında olsa da, düşünürəm ki, daha çox motivasiya edici romandır. Ümidsizlikdən dönüb aydınlığa çıxmaq bəzən necə mümkünsüz görünür, elədir? Ancaq bunu bu kitabda bir mələk bacarır! Hamımıza "öz mələk" mizi tapmağımızı arzu edirəm. Aydınlığa çıxaq inşəallah.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
·
33 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.