Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

736 syf.
10/10 puan verdi
QIZIL GÜLÜN ADI
Bu kitabı beş - altı il bundan əvvəl almışdım. Necə, hansı şəraitdə, kimin məsləhətiylə aldığımı heç cür xatırlaya bilmirəm. Ancaq sən demə kitabxanamda nadir bir inci yatırmış və mənim bundan xəbərim yoxmuş. Əsəri bu günə qədər oxumamağımın səbəbi - kiminsə (kim olduğunu unutmuşam) mənə sırf dedektiv bir əsər olduğunu söyləməsi olmuşdur. Dedektiv əsər çox da oxuya bilmədiyimdən əsər haqqında önyarğı formalaşmışdı məndə. Oxuduqca anlayıram ki, əsərə sadəcə "polisiyə əsərdir" deyilməyəcək və sətir - sətir oxunaraq hər kəliməsini, hər cümləsini, hətta hər hərfini anlamalı olduğumuz əsərlərdəndir... Üzərində dərindən düşünüb təhlil etməli... Nəticələr çıxarmalı... Araşdırmalı... Sorğulamalı... İnsanların arzu - istəklərinə qeyri - təbii şəkildə, din, inanc adı altında buxov vurulması, qadağalar qoyulması onları sonu xoş olmayan nəticələrə, əxlaqsızlığa, psixoloji pozuntulara gətirib çıxarır. "Qaş düzəldərkən göz çıxarmaq..." dedikləri məsəl özünü təsdiqləyir bu məqamda... Əsər o qədər dərin mətləblərə toxunub ki, saydıqca bitməz. Məncə, bu əsər üzərindən özümüzü, hal - hazırki vəziyyətimizi, inanclarımızı və bunların hansılarının nə qədər gərəkliliyini təhlil eləyib anoloji uyğunluqlar tapa bilsək, bir çox problemlərimizin və ən əsası cahilliyimizin və bu cahilliyi doğuran səbəblərin kökündə yatan dərin səbəbləri ortaya çıxara və bunlarla mübarizə apara bilərik. Əsər məndə elə bir sarsıntı, beyin fırtınası, silkələnmə yaradıb ki, sözlərlə ifadəsi qeyri mümkündür. Qısaca, uzundu, ağır əsərdi deyə söylənilən heç bir fikrə əhəmiyyət verməyin. İlk fürsətdə oxumağa çalışın. Özünüzü başqa bir dünyanın içində tapacaqsınız və əminəm ki, bir çoxunuzun içində olmağı qətiyyətlə istəmətəcəyiniz bir dünyanın... Ancaq gerçəkləri bilməyimiz adına bu dünyanı yaxından tanımağımız da mütləqdir...
Gülün Adı
Gülün AdıUmberto Eco · Can Yayınları · 202012,6bin okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.