Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

404 syf.
8/10 puan verdi
MÜHARİBƏ QADIN SİMALI DEYİL! MÜHARİBƏ İNSAN SİMALI DEYİL!
"Mənim bu kitabı oxuyacaq insanlara yazığım gəlir, oxumayacaq insanlara da eləcə..." "Leyla"dan sonra müharibə haqda oxuyacağım heç bir əsərin məndə belə heyrət, ağrı doğuracağını zənn eləmirdim. Ancaq yeni başlamağıma rəğmən, mənim də özümə yazığım gəlməyə başlayıb. Bu qədər dəhşətli həqiqətləri, bu qədər vəhşəti, qeyri insaniliyi oxumağa gücüm çatacaqmı?! Çatacağına inanmaq istəyirəm. Çünki "Leyla" pik nöqtədir... Bundan ağırılısı yoxdur, yəqin ki ola da bilməz. İnsan oğlunun beyni vəhşiliyin, barbarlığın ən aşılmaz sərhədinə gedib çatıb və xəyal gücü hələ ki bundan artıq vəhşilik icad eləməyə qadir deyil.. Ancaq inanıram ki, texnika, svilizasiya inkişaf etdikcə bütün bildiyimiz, oxuduğumuz, filmlərdə izlədiyimiz işgəncələrə yeniləri əlavə olunacaq.. Nə yazıq ki, olunacaq... Bəli, müharibə qadın simalı deyil... Müharibə insan simalı deyil... Bəli, bu kitabı hər kəs oxuyub, simasızlaşmış insanlıq haqda öyrənməlidir. İtirilmiş dəyərlər, dəyərsizləşmiş insanlar, silahlar, kəşflər, bu kəşflərin xidmət etməli olduğu məqsədlər, məqsədlərindən kənara çıxmış, yolunu azmış hədəflər, siyasi, hərbi oyunlar, oyuncağa çevrilmiş insanlar, doyumsuz nəfslər, məhv olmuş həyatlar və daha nələr, nələr... Müharibə budur!.. Bəs bizim arzuladığımız budur mu?! Yaşamaq istədiyimiz, yaşatmaq istədiyimiz həyat budur mu?!. Deyil!.. Olmamalıdır!.. Ona görə də müharibələri bütün çılpaqlığı ilə qarşımıza sərən əsərlər geniş kütlələr tərəfindən oxunmalıdır! Ən azı ölməmək, öldürməmək, oyuncaq vəziyyətinə düşməmək üçün oxunmalıdır!
Kadın Yok Savaşın Yüzünde
Kadın Yok Savaşın YüzündeSvetlana Aleksiyeviç · Kafka Yayınları · 20161,053 okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.