Rəssam, sevgilimin rəsmini gəl çək
Sevgilim gözəldi, sən də gözəl çək!
Nazına çatanda fırçadan əl çək!
Qoy onun nazını mən özüm çəkim
Çək onun qaradan qara telini
Çək rəssam,çək onun incə belini
Gözüne çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim
Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını sağı solunu
Çə onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim!!!