Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

174 syf.
9/10 puan verdi
İnsan alışqanliqlari ucbatından ağlayır. İnsan hər zaman azda olsa günahkardır. Vaxtımın çox qismini əlverişli keçirir, və həmişə düşünürəm: məni bir ağac qabığında yaşamağa zorlasalardı da göyüzünə baxmaqdan başqa bir işim olmasaydı,yavaş-yavaş buna da alışar,gedərdim. O zaman anladım ki, çöldə bir gün yaşamış insan həbsdə heç sıxıntı çəkmədən min il yaşaya bilərdi. Canın sıxılmayacaq qədər anıların olar. Mənə toxunan yada marağımı çəkən deyilən sözlərin bütünü deyil,onlardan ayrılan parçalar, jestlərdir. Bəzən bir kimsədə görüb tərif etdiyimiz ərdəmlər digər bir kimsədə əzici bir günahlandırma olur. Bir günahkara qarşı istifadə olunan dəlil kimi. Təbii ki, ümüd bir yolun əyrisində, var sürətlə qaçarkən, birdən gələn bir güllə ilə yerə sərilməkdi. İnsan bilmədiyi şeylər üzərində həmişə olmayan dúşüncələrə dalır. İnsan heç bir zaman bütünlüklə üzgün olmaz. Xoşbəxtlik bir yerdə və hər yerdə dünyanı, insanları sevməkdir. İnsan nə etdiyini bilərək, talehin bütün pisliklərini qarşısına alaraq,boşuna xəyallara qapılmağı rədd edərək seçməli.İnsanın yaşamı tam anlamı ilə seçməsi demək,yaşamın anlamsız,dünyanın haqsız,Tanrının kar olabiləcəyini düşünmüş olması deməkdir. Nə olursa olsun hər şeyin anlamsız olduğu, hər şeydən ümüd kəsmək lazımdır düşüncəsilə necə qalar insan?... Hər şeyin anlamsız olduğunu dediyimiz anda belə anlamlı bir şey demiş oluruq.Dünyanın heç bir anlamı yoxdur demək, hər cür dəyər mühakiməsini aradan qaldırmaq olur. Ama yaşamaq və misal üçün yeyib-içmək özlüyündən bir dəyər mühakiməsidir. Ölməyə yanaşmadığı müddətcə insan yaşamağı seçir deməkdir. O zaman da nisbi də olsa yaşamağa bir dəyər biçirik deməkdir. Ümüdsüz bir ədəbiyyat nə demək ola bilər? Ümüdsüzlük susar. Qaldı ki, susmaq belə, əgər gözlər danışırsa bir anlam daşıyır. Həqiqi ümüdsüzlük can çəkişmə, məzar ya da uçurumdur. Ümüdsüzlük danışdımı, hələ yazdımı bir qardaş əl uzanar sənə, ağac anlam qazanar,sevgi doğar. Mən doğuşdan içimdə daşıdığım bir hiss işığına bağlıyam.
Yabancı (Çizgi Roman)
Yabancı (Çizgi Roman)Albert Camus · Kurukafa Yayınevi · 2021349 okunma
·
87 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.