Gönderi

Diləyirdim: mənə sən bir gecəlik yar olasan! Əhdi-peymanı tutub, əhdə vəfadar olasan! Gözlərin, yadları gördükdə gülür nərgiztək, Bir tikandır mənə qəmzən, nola qəmxar olasan! Dostluğundan demişəm mən, necə düşmən eşidib, Məni əğyarə xəcil etsən, özün xar olasan! Mənə dost ol, nə zərər, düşmənim olsun aləm, Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan! Sən nə quşsan, sınayım mən nə sayaq can səni Hanı bir öylə könül bəndü giriftar olasan?! Şəhər əhli sənin eşqində Nizami kimidir, Nə rəva Axsitana munisü dildar olasan!
Nizami Gəncəvi
Nizami Gəncəvi
·
18 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.