Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
10/10 puan verdi
·
7 günde okudu
Sizi həyata bağlayan və sizə hər kəsdən çox inanmasını istədiyiniz insan sizdən uzaqlaşanda artıq əvvəlki kimi həyata bağlı bir vəcdlə yaşaya bilərsinizmi? Amerikalı jurnalist, əllidən çox kitabın yazarı John Griffith London 1876ci ildə San Fransiskoda dünyaya göz açmışdır.”Vəhşətin çağrısı”,”Ağ diş”,”Dəniz qurdu” kimi məşhur romanları ilə yanaşı “Martin İden” romanı da oxucuların rəğbətini qazana bilmişdir. Romanda kasın təbəqənin nümayəndəsi olan matros-Martin İdenlə, yüksək təbəqə və ziyalı ailənin nümayəndəsi Rufun arasındakı əlaqədən bəhs edilir.Romanda insanın sevgisi üzərindəki mübarizəsi,sevginin bütün duyğuların tanrısı və ən ucası olduğu,insanların zəhmətkeş və hazıranazir insanlar olaraq iki yerə bölünmüş şəkildə ifadə olunması romanın əsas mərkəzini təşkil edir.Əsərdə bayağılaşmış və kübar cəmiyyət tərəfindən qəbul olunmuş ,qəlibləşmiş ifadələrin,hərəkətlərin,zövqlərin mövcud olmasına,pulun səadət və savaddan belə daha yüksək tutulmasına Cek London Martin İden personajı ilə qarşı çıxır.Qəlbində oxumaq və araşdırmaq həyəcanı və həvəsi olan gəncin həyat hekayəsi məişət problemləri ilə birlikdə Cek London tərəfindən yüksək səviyyədə ifadə olunmuşdur. İnsanın həyatla mübarizəsində ona dəstək olan motivasiya nədən ibarətdir və bu motivasiya nəyə görə şəkillənir? İnsan instinktiv olaraq həyat eşqini qəlbində söndürə bilərmi?Yoxsa onun digər duyğuları kimi bu hiss də,Samuel Klemesin qeyd etdiyi kimi ətraf mühitin xarici bağlantıları ilə,başqa cür desək bir başqa insanla mı əlaqədardır?
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,9bin okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.