Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1080 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Stephen King-Mahşer 1216 səhifə 1973-1988-ci illərdə yazılmış möhtəşəm şahəsərlərdən biridir deyərdim. Koronavirus pandemiyasından sonra evdə karantin dövrü üçün nə oxusam deyə çox qərarsız qaldım və kitabxanamda olan, ancaq oxumağa qorxduğum (qalınlıq,səhifə sayı və çətin dəsti xəttə malik olması qorxusu) Stephen Kingin Mahşer kitabını oxumağa qərar verdim. İlk səhifələrdə çox qəribə hislər keçirdim. 1990-cı il üçün yazılmış bir kitabda 30 il sonra baş verəcək pandemiya, onun simptonları və nəticələri sözbəsöz müfəssəl təsvir olunub (ölüm faizi istisna olmaqla).Və bu gün koronavirusa qarşı acizlik və açıq şəkildə ölümlə üzbəüz qalmağımız məndə bu hisləri oyatdı. 1990-cı ildə Amerikada bioloji sınaq labaratoriyalarının birində təhlükəsizlik boşluğu olduğu üçün sızıntı baş verir. Tənəffüs yollarında daxil olaraq bədəni iflic edən qrip formasında olan virus, bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilir. Qısa müddətdə bütün Amerikaya və digər ölkələrə yayılır. Heç bir karantin tədbiri,qadağalar nəticə vermir. Xəstəliyin öldürücülük dərəcəsi 99.4%-dir. Kaptan Trips adı verilən virus 1 ay müddətində bütün dünyanı cənginə alır və hər bir şəhərdə qəsəbədə sayılı insanlar sağ qalır. Əsər 3 hissədən ibarətdir. 1-ci hissədə xəstəliyin yayılması, ölümlər,dövlətin xəstəlik qarşısında acizliyi. İnsanların sevdiklərinin gözləri qarşısında ölümü, ümumi kitabın mövzusuyla tanışlıq xarakteri daşıyır. Şəhərlərdə xaos hökm sürür. Ordu nəzarəti əlində saxlaya bilmir. Medianı məhdudlaşdırmağa cəhd belə uğursuzluqla nəticələnir. İnsanlar canı bahasına xəstəlik barədə informasiya ötürülməsini həyata keçirməyə çalışırlar. Ümumi mövzunu başa düşmək üçün təxminən 400 səhifə oxumaq kifayətdir. 2-ci hissədə xəstəlikdən sonra sağ qalan şəxslərin bir araya gəlməsi, özlərinə yaşayış üçün şəhərlər seçməsi, bəşəriyyəti xilas etmək üçün atılan addımlar, psixoloji movzular, sevgi, nifrət, dostluq və digər məsələlərə toxunulur. Atasını tək dəfn edən Frannie Goldsmith, Anası əllərində vəfat edən Larry Underwood, bütün ailəsini itirmiş yeniyetmə Harold, lal-kar olan ancaq yazmağı və dodağoxumağı bacaran Nick Andros və onunla qarşılaşan və oxumağı bacarmayan Tom Cullen hissələri çox maraqlı idi. Həbsxanada tək qalan və yan otaqdakı həbsxana yoldaşını yeməyə çalışan Lloyd hissəsi isə əsərin ən iyrənc yeri idi... Sağ qalanların qarşısında 2 seçim var. Ya pislik tərəfdarı Randall Flagı seçib qərbə getmək, ya da Tanrını təmsil edən 108 yaşlı rahibə Abigail ananı seçib şərqə doğru hərəkət etmək. 3-cü hissə də isə xeyir və şərin amansız mübarizəsi yer alır. Və bu hissə 1 nəfəsə oxunur deyərdim. Stuart Redmanla Tom Cullenin maraqlı səyahəti isə sonuncu hissəyə xüsusi rəng qatır. Əsərdə ən çox diqqətimi çəkən hissə o oldu ki, təsəvvür edin şəhərdəsiz bomboşdur. Hərşey var əlinizdə- silah, yemək, paltar, maşınlar, qızıl-ləl cəvahirat. Ancaq hamısı dəyərsizdir. Sizə artıq hərşeydən çox insan lazımdır. Danışmaq,ünsiyyət, hisləri bölüşmək, ictimailəşmək əsas probleminizə çevrilir. Və sizin üçün hava və sudan sonra ən vacib faktor insan faktoruna çevrilir. Ona görədə gəlin evdə qalaq və cəmiyyətimizin dəyərini dərk edək. P.S. Kitab 9 günə bitdi. Məni ən çox sıxan 2-ci hissədəki uzun fəsillər oldu) kitabı almağımın isə maraqlı tarixçəsi var)
Mahşer
MahşerStephen King · Altın Kitaplar · 20173,421 okunma
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.