·200 syf.··Beğendi
···Okunma: 16 Nisan 2020 01:35 Rusiyanın məşhur yazıçısı Grigoriy Petrov`un bu əsəri istər türk, istərsə də dünya xalqları tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta kitab üzərində "AtaTürkün hərbi məktəblərin tədris planına salınmasını əmr etdiyi kitab" deyə not da var. Kitabda çox kiçik ölkənin (Finlanidiya) həyatı, mədəniyyəti, tarixi, inkişafı haqqında o qədər axıcı, geniş, anlaşılan məlumatlar yazılıb ki oxuduqca o ölkənin 0-dan (demək olarki) quruluşunu bildiyim üçün daha doğrusu geniş məlumat topladığım üçün, hətta nə vaxtsa səyahət edəcəyim barədə də düşündüm. Kitabda əsas məqsəd hər bir vətəndaşın öz vətəninə layiqli övlad olmasını aşılamaqdır. Hər bir ölkədə baş verən rüşvətxor məmurları, adına layiq olmayan müəllimləri, içki, şəhvət düşkünü olan hərbiçiləri o qədər gözəl işıqlandırıb ki, buda əsəri tarixi əsərlərin #besti edir. Kitabda ən həssas olduğum valideyn - uşaq mövzularına pedaqoji psixoloji incə toxunuş isə əvəzolunmazdı. Məncə hər bir ölkə (milləti) orada yazıldığı kimi "meşə" ("diqqətsiz qalan ağaclar", "sadəcə lazımlı və canlı olduğu üçün qorunurlar") və "bağça" ( "gözəl fidanlar", "bənövşələr", "xüsusi qulluq göstərilən çəmənliklər" ) bənzətməsində bir "bağça" olmalıdır. Ucqar kəndlərmizdə solan , suvarılmamış fidanları o bataqlıqdan gün işıqına çıxarıb savad, təhsil vermək hər bir vətəndaşın vətən borcudur!
Thomas Karlilin dediyi kimi: " Millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkəysiz qalacaq."
Yox əgər deyirsizsə bu dövlət başçısının işidir, onda Lev Tolstoy buna belə cavab verərdi: " Həyatı yaradan, hadisələrin gedişatını, xüsusiyyət və formasını təyin edən tək-tək insanlar -Napaleonlar deyil, xalqın özüdür."
Siz nəqədər yaxşı olsaz o qədər də yaxşı Dövlət görərsiz. Necə deyərlər:
"Hər millət layiq olduğu idarəçilik sisteminə və dövlət adamlarına sahibdir!"