Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

600 syf.
7/10 puan verdi
·
3 günde okudu
“Çılpaq və yalnız” keçən il Üskürdaykən təsadüfən kəşf etdiyim sahafda yaşlı bir dayının tövsiyəsi olmuşdu mənə. Bəyənməyəcəyini bilsən belə oxu bu kitabı demişdi , nə demək istədiyini oxuyub bitirdikdən sonra başa düşdüm . Kitabı oxuduqdan sonra qısa bir film fragmenti kimi gözümün önündən keçirdim Mesut Akarsunun tanımadığı bir insandan gələn telefon zəngi ilə dəyişilən həyatını. Həm şahidi olduğum 1-2 hadisə , həm də artıq neçənci bu mövzulu kitab üzrə deyə bilərəm ki anilik deyə bir şey yoxdur bu həyatda . O qədər bezirik , sıxılırıq ki bəzən hər şeydən istəmədən də olsa dəyişikliyi arzulayırıq və başımıza gəldiyi zamanda hər şeyə təsadüf və s. deyərək son vaxtlar da onun olması üçün səy göstərdiyimizi görmürük . Nəysə , bunu həqiqətən son zamanlar da yaşayan varsa bu yazı ilə rastlaşmağınız və mənim yazmağımda təsadüf olsun. Kitabın ən qısa özəti ;Əmisi ölüm xəbərini alan Mesut təcili Ankaradan Orduya doğru yola çıxır . Amma məsələ budur ki əmisi ölmüş ola bilməz , çünki onun qohum- əqrabası , qısaca heç kimi yoxdur . Amma yenə də o təcili yas yerinə getməli , dəfndə necə lazımdırsa iştirak etməli , əmisinin mirasına sahib çıxmalıdır . Çünki əmisi həm zəngindir , həm də siyasi aktivliyi var. Təxminən 1940-50-ci illər Türkiyəsinin hələ demokratikləşməmiş , ordu əli ilə idarə olunan və edam cəzasının hökm sürdüyü zamanında , Mesut kiçik zaman zərfində əmisi üçün kiçik , özü üçün böyük işlər görür. Mesut obrazı bu arada ən sevdiyim obrazlardan oldu. Onun keçmişini oxuduqdca xarakterindəki sərtlik və Jean Mearsault da gördüyüm soyuqluğun bəzi parçacıqlarının ruhuna hopmasının səbəblərini başa düşdüm . Amma yenə də mizahi yönü də güclü obrazdır . Məndə yeri gələndə həm dərin duyğular yaratması , həm də pozitiv ruh aşıladığı üçün fikrimdə Ali Atayı düşünərək oxudum və çox çox böyük zövq verdi kitab.
Çıplak ve Yalnız
Çıplak ve YalnızHamdi Koç · Doğan Kitap · 2014318 okunma
·
113 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.