Gönderi

Bir könül sındırmışam♪♪♪
youtu.be/hKJ9pirVpe8 🎶🎶🎶 Məşhur "Bir könül sındırmışam" mahnısının müəllifi İslam Səfərli təsadüfən bir məclisdə xətrini çox istədiyi bir xanımın qəlbinə dəydiyi üçün gecə ikən bu şeiri qələmə almış və ilk olaraq Əlfi Qasımova təqdim etmişdir. Digər bir variant da mövcuddur ki, İslam Səfərli öz qızının ad günündə onun xətrinə dəydiyi üçün peşman olaraq bu şeiri yazmışdır. İstənilən halda bu şeir çox gözəl bir şeirdir və ecazkar musiqisi vardır. Görkəmli bəstəkarımız Ramiz Mirişli həmin şeirə musiqi bəstələmiş və sevimli müğənnimiz Şövkət Ələkbərova bu əvəzsiz mahnını ifa etmişdir. İslam Səfərli BİR KÖNÜL SINDIRMIŞAM... Mən onun dan ulduzu, Zərrin şəfəq sanırdım. Kimə inanmasam da, Bir ona inanırdım. O, bir qaranquş kimi Qəlbimdə yuva qurdu. Acı dilim qurusun Dilim onu uçurtdu. Saçlarının gül ətri, Titrəyən ovucumda. Bu intizar gözlərim Ağlar yol ayrıcında. Qabahətim böyükdür, Ay ellər, dünən axşam Büllur kimi bir ürək, Bir könül sındırmışam!...
·
10 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.