Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

64 syf.
10/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Küçük Kara Balık
"Ah Səməd Behrengi, Səməd Behrengi " sözləri ilə eşitmişdim onu adını ilk dəfə. Orta məktəbdə keçdiyimiz hansısa şeir idi, amma, yadımda deyil indi adı tam olaraq. "Küçük Kara Balık" bir nəfəsdə oxunacaq kitabdı həqiqətən, əgər başlasan bitirmədən yarımçıq qoya bilməyəcəyin bir kitab. Kitabda öz yaşadığı "ırmağ"la kifayətlənmək istəməyən, "ırmağ"ın sonunu görmək istəyən və dünyanı gəzmək istəyən bir balıq təsvir olunur. Onun dünyanı gəzmək istərkən başına gələn hadisələr, qarşılaşdığı digər heyvanlar və onlarla olan dialoqları çox sadə və anlaşıla biləcək tərzdə təsvir olunub. "Küçük Kara Balık" dünyanın ən yenilikçi balığı olaraq tanınır. Balığda gördüyümüz həyatı sorğulamaq bacarığı həqiqətən bunu deməyə bizə əsas verir. Kitab uşaqlar üçün yazılmış sayılsa belə Türkiyədə bir müddət qadağan olunmuş, İranda isə hələ də qadağandır. Bəlkə də böyüklərə ən böyük mesaj uşaq kitabları ile verilirdi, nə də olmasa hələ də həyatı boyu oxuduğu tək kitabın uşaqları yatırtmaq üçün oxuduğu nağıl kitabları olan adamlar var. Kitab üçün arzuladığım tək şey isə "Küçük Prens" qəder tanınıb dəyər görməyidir, çünki həqiqətən buna layiq olduğunu düşünürəm
Küçük Kara Balık
Küçük Kara BalıkSamed Behrengi · Optimum Kitap · 201831,2bin okunma
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.