·191 syf.····Okunma: 27 Nisan 2020 11:21 Kitab tədqiqat baxımından çox zəngindir. Və bədii əsər səviyyəsində olmadığı da diqqətdən yayınmır. Çünki yazıçı bizə zatən bədii əsər çatdırmaq niyyətində də deyil. "Əsər"də Hayati İnanç bir çox mövzulardan danışır. Eşq, nəfs, kamillik və s. Amma necə danışır?! Füzuli, Said Fenni, Şeyh Galib, Urfalı Yusuf Nâbı və başqa bu kimi qəzəl ustalarının əsərlərindən istifadə edir. Bir növ onların təhlilini verir. Yəni yazıçı kitabında bizə çatdırmaq istədiyi mövzunu şairlərin qəzəllərini təhlil edərək başa salır və ondan qırağa çıxmır. Əgər bu bədii əsər olsaydı, çox zəif bir əsər olardı. Çünki yazıçı hazır qəliblərlə əsər yazmamalıdır. Hayati İnanç qəzəllərin təhlilini çox gözəl şəkildə vermişdir və bu da onun sufi ədəbiyyatına yaxşı bələd olmasından irəli gəlir. Oxumağa dəyər bir kitabdır....