Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Voltaire azad iradə haqqında:
Azadlıq hərəkətə keçmə gücündən ibarətdirsə, bu güc nədir? Bu bədənimizin işləmə mexanizmi və orqanlarımızın hərəki vəziyyətidir. Lebnitz həndəsi məsələ edərkən iflic keçirər; artıq əlbəttə ki, o məsələni həll etmə azadlığına sahib deyil. Və ya dinc bir gənc adam ehtiraslı şəkildə aşiqdir; qollarında isə istəkli bir sevgilisi varsa, o anda ehtiraslarını boğmaqda azaddırmı? Qətiyyən deyil. Zövq almaq gücünə sahibdir, lakin, bunun qarşısını alma gücünə sahib deyildir. Deməli, Locke azadlıq gücdür deyəndə haqlı idi. Bəs nə vaxt bu gənc adam ehtiraslarının şiddətinə baxmayaraq bundan imtina edə bilər? O zaman ki, daha güclü bir fikir ruhunun və bədəninin yaylarını əks tərəfə doğru çəkəcək. Bəs necə? Heyvanlarda eyni azadlıq, eyni güc varmı? Niyə yoxdur? Onların da duyğuları, hafizələri, intuisiyaları və bizim kimi anlama qabiliyyətləri var. Bizim də davrandığımız kimi əminliklə davrana bilirlər. O zaman, hər şeyin mexanizmlərdən ibarət olduğunu, kainatdakı hər şeyin əbədi qanunlara tabe olduğunu bağıra bilərik. Yaxşı, sən hər şeyi milyonlarla yerli-yersiz istəklərə buraxardın? Ya hər şey müxtəlif şeylərin təbiətinin nəticəsidir və ya mütləq bir yaradıcının əbədi qaydası; hər iki halda da biz Dünya adlı maşınının təkərlərindən ibarətik. "Batıya yön veren metinler"
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.