·270 syf.····Okunma: 18 Mayıs 2020 20:43 Bras cubas ölür və bir gün qəbrindən həyatını anladan bu kitabı yazmağa qərar verir.Qısa-qısa bölmələrdən ibarət,ölən gündən başlayaraq,uşaqlığından ölən vaxta qədər yaşadığı həyat yolunu yarı ironik,yarı da fəlsəfi dil ilə təsvir edir.
"Bunu neşe kalemi ve hüzün mürekkebiyle yazdım" deyir kitabın ilk bölməsində.Kitab mənə görə hər ünsürü ilə yarımçıqdır.İstər çatdırmaq istədiyi düşüncə,istər detalları,sanki bir neçə gündə yazdığı,çatdırmağa məcbur olduğu bir mətni çap edib.Özümü nə Rio'da nə də hadisələrin baş verdiyi 19-cu əsrin mühitində hiss edə bildim.
Ancaq yazıçının təsvirləri o qədər maraqlı idi ki,bir neçə saata bitirib,başqa bir kitabını axtarmağa özünüzü təşviq edirsiniz.