Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
Yenə zidd fikirlər yazmağa məcbur oldum...
"Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Bu əsəri iki il öncə oxumuşam. Kitab haqqında çox tərifli sözlər yazılıb deyə, inceleme yazmağa məcbur oldum. Əsər düzdü, təsirlidir. Ama bir misal çəkmək istəyirəm. Məsələn, mən burda bir sevgi tarixçəsini yazsam, və oğlanın sonda öldüyünü də heç bir təsvir forması olmadan yazsam təbii ki, insanlıq halı kimi çox pis olacağıq. Amma yazıçı bir əsər yazırsa, orada hadisələri danışmaq əvəzinə əyani şəkildə oxucuya göstərməlidir. İ. Höte'də bu, uğursuz alınıb. Ümumiyyətlə, İ. Höte əsərlərində fəlsəfi cümlələr işlətdiyinə görə bu, hamıda öz təsirini buraxır. Amma bədii ədəbiyyat oxucuya hadisəni göstərərək təsir etməlidir. Və ya başqa bir şey də bu əsərin çatışmazlığıdır. Bu əsərdə sevgi'ni görməkdə çətinlik çəkirəm. Çox absurd fikirlər var. Əsərdə qeyd olunub ki, "Verterin sevdiyi qız başını ərinin çiyninə qoyub bir əli ilə də Verterin əlindən tutub." Nə qədər mənasız bir təsvir olub. Əgər yazıçı Verterin yalnızlığını, qıza olan sevgisini göstərmək istəyirdisə, digər obrazlar yaratmağın, hətta sevdiyi qadının belə obrazının göstərilməsinə ehtiyac yox idi. Üstəlik əsəri oxuduqca sevdiyi qadının evli olduğunu da görürük. Verterin təkbaşına sevdiyi qızı ve onla olan xatirələrini yazıçı təsvir etsəydi, məncə daha təsirli və uğurlu bir əsər ərsəyə gələrdi. Əsərləri oxuyarkən hisslərlə oxumaq çox yaxşıdı, amma təhlil edərkən müqayisə etdikcə əsərin uğurlu olmadığını görə bilərik. Əsərdəki təsirli cümlələrə qapılmaq lazım deyil... Yenə də, xoş mütaliələr...
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Parodi Yayınları · 2018120,6bin okunma
··
85 görüntüleme
Tofiq okurunun profil resmi
Təəssüf ki,mən də o incələmələrə aldanıb oxumağa başladım ( hələ 60cı səhifədəyəm, kitab bitsində axırda nolacaq deyə oxuyuram, sıxılıram ( wertherdən daha çox iztirab çəkirəm kitabı oxuyanda :D
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.