Mәn heç zaman yaşıl ağaclar
altından әli baltalı keçmәdim –
düşündüm: qәfildәn diksinib quruya
bilәr ağaclar...”
Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” romanının hər üç bölümünün başlanğıcındakı “düşündüm” kəlməsinə diqqət edib düşünməyə başladım. Romanı oxuduqca hafizəmə həkk olmuş hansı romanlarla qarşılaşdırma olmadı ki? Beynimin bu özəllliyinə çox zaman əsəbiləşsəm də, işimə yaradığını da etiraf etməliyəm. Bir də görürsən, əsərin ən maraqlı yerində sanki idarəsiz maşın kimi öz bildiyini edir, olaylardan ayrılıb həmin olaylara uyğun gördüyü başqa romana, başqa nağıla gedir. Ayılıram ki, olduğum yerdən qopmuşam. “Lənət şeytana” deyib, qayıdıram oxuduğum yerə, bilmirəm, özümü danlayım, ya beynimi. Kor-peşman qaldığım yerdən davam edirəm.
Onu deyirdim, axı, “düşündüm” kəlməsinə diqqət kəsilmişdim. Beynim də məni Tolstoyun “İvan İliçin ölümü” əsərinə aparıb çıxarmışdı. Qəhrəmanların həyat hekayələrini, başlarına gələnləri bir-bir tutuşduraraq elə hey təsdiqləməyə çalışırdı: “Bax da, özün də bax, görmürsən, Buludla İvan bir-birlərinə necə bənzəyirlər”.
Soruşuram: “Hansı oxşarlıq tapmısan yenə qəhrəmanlar arasında?” Ərinmədən bir-bir xırdalayır hamısını: “Hər ikisi çarəsi olmayan, sağalmaz bir xəstəliyə düçar olublar, düzdür?”
Təsdiqləyirəm ki, elədir.
“Xəstəlikləri hər ikisinin ətrafında baş verənləri daha aydın görüb dərk etməyə kömək edir. Ailə üzvlərinin ikiüzlülüyü, insan və cəmiyyət problemi, cəmiyyətdəki çatışmazlıqlar. Varmı, yoxmu?”
Deyirəm, var.
“Hər iki romanın sonunda qəhrəmanlar...”
Burda əməllicə əsəbiləşirəm artıq. “Sus, bir kəlmə də etsən, ipucuna görə iş yoldaşını qətlə yetirmiş alim kimi səni də yox edəcəm!”
Yazının devamı: ceylanmumoglu.com/article/zahid-s...