Puan vermedi·544 syf.··Beğendi
· Alçaldılmış və təhqir olunmuş insanlar- Bir daha Dosteyevski yaradıcılığının möhtəşəmliyinin fərqinə vardım.❤ Əsərdəki qəhrəmanların və baş verən hadisələrin dərin psixoloji təsvirlərinin verilməsi, mövcud ictimai qayda və "yüksək cəmiyyət" tərəfindən "kiçik insanlar"a qarşı edilən mənəvi və maddi təhqirlər, yazıçı tərəfindən qəzəblə əks olunmaqdadır. Əsərdəki hadisələr Ivan Petroviçin (Vanyanın) dilindən danışılır. Ivan gözəl xüsusiyyətlərə malik olan gənc yazıçı idi. O Nikolay Sergeiç Ixmenevin evində yaşayırdı, uşaq vaxtlarından isə onun qızı Nataşayla böyümüşdü. Zaman keçdikcə, onlar arasındakı münasibət sevgiyə dönüşmüşdü. Lakin gözlənilməz halda, Nataşa onun sevgisini rədd edərək, Atasının "dostu" və iş ortağı olan knyaz Valkovskinin oğlu Aleksandra (Alyoşaya) aşiq olmuşdu. Nataşa ən çox əsəbləşdiyim obraz oldu. Insan bu qədər qürursuz ola bilərdi. Öz ailəsini, sevgisini atması bir tərəfə, bunları dəyməyəcək birinə görə etməsi.. Ah Nataşa.. Buna yönəlik bir şeyi qeyd etmək istəyirəm ki, həyatda heçkəs ilk növbədə ailənizdən,(valideynlərinizdən), daha sonra sizin özünüzdən (məncə insan ilk öz özünü sevməlidir ki, qarşısındakı da onu sevsin), önəmli deyil ola da bilməz! Ən azından bunu bilmək lazımdır ki, valideyn xeyir-duası olmadan insan heç vaxt xoşbəxt yaşaya bilməz. Dəyməyəcək birinə görə isə bu qədər əziyyəti çəkmək məncə axmaqlıqdır. Buraxın, incəldiyi yerdən qopsun. Əsərdəki ən təsirləndiyim hissə- Nataşanı bağışlamaları üçün Nellinin qoca Ixmenevə anasının və özünün başına gələnləri, babasının anasını qarğaması, qocanın qızını bağışlamaq istərkən qızının cansız bədənilə qarşılaşması və bu dərdə dayana bilməyib 3 həftə sonra qocanın ölməsi və s. Bütün bunlar Nellinin dilindən ifadə olunur. Və yaşanmış onca şeyə rəğmən Nataşanın valideynləri tərəfindən bağışlanması❤.. Nellinin xəstə yatağında onu qəbul etməyən atasını qarğıyaraq, bağışlamayaraq ölməsi içdən içə ürəyimi parçaladı..Əsərin sonunda qeyd olunan hissədə isə görünür ki, Nataşa tutduğu işdən peşmandır. Qeyd etməliyəm ki, ziyanın harasından dönürsən dön kardır. Insan səhv etmiş ola bilər, mühüm olan ondan dərs çıxarmaqdır.