9/10
·264 syf.··
Beğendi
·
2020 51. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Haziran 2020 18:48
Yu hua'dan keçən il "Yaşamak" kitabını oxumuşdum.Mao dövrü ilə elə o vaxtdan tanış idim. Xu sanguanın atası vəfat edən kimi,anası başqa biri ilə qaçır və sanguan artıq babası ilə yaşayır.Kitab onun ipək fabrikində işlədiyi 16-lı yaşlarında başlayıb,60'ların sonuna kimi olan həyat yolundan danışır.Gəncliyində bir qonşuları ilə söhbəti zamanı eşidir ki,qanını satmaq yaxşı bir pul mənbəyidir və bunu etmək həmən şəxsin sağlam olduğunu ifadə edirmiş.Bu zamanlardan başlayan bu qanını satmaq sərgüzəştləri kitaba adını verir.Sanguan sayəsində valideyn olmamağıma baxmayaraq bunu bütün düşüncəmlə hiss etdim. İnsanların bütün ərzağını alıb,böyük yeməkxanaların yaranması dövrü və ardınca gələn böyük selin yaratdığı aclığa Yaşamak kitabında da rastlamışdım. Bu il oxuduğum ən emosional kitablardan oldu yəqin ki. Yu huanı Çinin iki ən böyük yazıçısından biri sayırlar.Düşünürəm ki,bu qədər əhalisi olan Çin kimi bir dövlətin iki ən yaxşı yazıçısından biri daha güclü olmalıdır.Ancaq yenə də Çinin 50-li illərinin sosial həyatını öyrənmək üçün oxumağa dəyər. Kitabda diqqətimi ən çox çəkən bir hadisə də insanların Mao dövründə kütlə qarşısına çıxarılacaq qınanması oldu.Hər hansısa bir şəxslə mübahisəsi düşən biri asanlıqla digərinin şəklini yapışdırıb,yanına insanı alçaldan bir söz yazaraq divara yapışdırır.Yoldan keçənlər bilib-bilmədən o insan haqqında mənfi düşünür,hətta xalq bunu insanlara "dərs" olsun deyə yığıncaqlar təşkil edib,insanların boyunlarından ip üstündə yazı asmaqla həmən təhqiredici ifadə yazılan yazı ilə bütün günü kütlə meydanında dayanırlar. İnsanlar,sən hansı dövrdə düzələcəksən?!
Kanını Satan AdamYu Hua · Jaguar Kitap · 20184,406 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.