Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

özündən belə gizlətdiyin bir yaşam ehtirası ilə sonsuzluğa doğru qaçışını izlərkən, zaman zaman mənə yetişmək üçün çabalayırdın. ikimiz də yanlış qollarda mərhəmət aramış, doğru zaman gəldiyində tükənib, çarəsizcə öz ulduzlarımızın solğunluğuna çəkilmişdik. tanıdığın hər insan səni biraz daha yalnızlaşdırmağa davam edərkən, sənə yeni rənglər bəxş etmək üçün bütün acıların kəskinliyini unutmuşdum. sənlə birgə sonu görünməyən bir yol cızaraq, əl ələ hər kəsdən gedə biləcəyimizə heç olmadığı qədər inanmışdıq... çox əmək vermişdik və az qalmışdı. bir birimizi elə silkələmişdik ki, gec olmadan özümüzə gəlib, bütün kədərimizi ətəyimizdən süzərək torpağın sirrinə bağışlamışdıq. amma sevgin məni bir şəkildə incitdi və həmişə birgə tutunduğumuz budaqdan səssizcə ayrılmağı seçərkən, əsla almağını istəmədiyim yaralar açdım. sən isə böyüməyə davam etdin. sayəmdə.
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.