Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
5/10 puan verdi
·
Beğendi
Ernest Hemingway . Fiesta . 🖇 Amerikalı yazıçı olan Ernest Hemingwayın həm həyatı, həm də əsərləri mənə çox maraqlı gəlir. Qəribə taleyi olan bu yazarın yaradıcılığı dəfələrlə həm yüksəliş həm də tənəzzül yaşayıb. Bəlkə buna görə də bu əsərini sevə bilmədim. “Qoca və dəniz” əsərindən sonra oxuduğum bu əsər mənimçün xəyal qırıqlığı oldu. Digər adı “Günəş doğur” adlanan bu kitab mənə görə vaxt itkisindən başqa bir şey deyildi. Sadəcə olaraq yarımçıq qoymamaq üçün, bəlkə sonlarda nəsə dəyişiklik olar deyə oxumağa davam etdim. Mütləq oxunulacaq kitablardan deyil mənə görə. . 🖇 Fiesta nədir? Nədən bəhs edir? Deməli əsər bir neçə dostun dincəlmək üçün öküz döyüşləri adlanan festivala (fiesta) getməsi və oradakı hadisələrdən bəhs edir. Baş qəhrəmanlarımız Ceyk və Bretdir. Bret obrazını heeeç sevmədim. Deməli əsərdə Bretə demək olar ki, kişilər valeh olur Bret isə heç kəsin könlündə arzusunu qoymur)) üç dost bu qadın uğrunda mübarizə aparır. Bir sözlə yüngül əxlaqlı qadın obrazı yaradıb burada Ernest ona görə də sevə bilmədim. Bu qadına görə illərin dostları bir birinə qarşı düşmən olmağa belə hazırdır. Amma buna baxmayaraq Bret də heç xoşbəxt deyil. Ceyki sevsə də o belə onu qane etmir. Bir sözlə nə istədiyini bilməyən bir obraz.. sonu nə olur bəs?? Sonluq bir heç..
Güneş de Doğar
Güneş de DoğarErnest Hemingway · Bilgi Yayınevi · 20211,082 okunma
·
93 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.